adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
20 Sentyabr 2021 15:51
1050
SİYASƏT
A- A+

ATƏT PA-nın nümayəndəsi Azərbaycana gəlir

ATƏT Parlament Assambleyasının (PA) yeni təyin olunmuş xüsusi nümayəndəsi Kari Henriksen Azərbaycana rəsmi səfər edəcək.

Adalet.az xəbər verir ki, bu barədə ATƏT PA məlumat yayıb.

K.Henriksen Gürcüstana 2 günlük səfərindən sonra Ermənistana və Azərbaycana səfər edərək aktual daxili məsələlər və regional problemləri müzakirə edəcək.

Qeyd edək ki, Kari Henriksen 2021-ci ilin avqustunda ATƏT PA-nın Cənubi Qafqazda xüsusi nümayəndəsi təyin olunub.