adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
25 Noyabr 2021 12:20
1326
HADİSƏ
A- A+

Sumqayıtda polis xidməti silahından açılan atəş nəticəsində həlak olub

Sumqayıt mühafizə polisi xidmətdə olarkən silahından açılan atəş nəticəsində həlak olub.

DİN Mətbuat xidmətindən Adalet.az-a verilən məlumata görə, bu gün saat 11 radələrində Sumqayıt şəhər Mühafizə İdarəsinin əməkdaşı, polis baş serjantı Rahib Mütəllimov xidmətdə olarkən xidməti silahı ilə ehtiyatsız davranması nəticəsində açılan atəşdən xəsarət alıb. Hadisə nəticəsində R.Mütəllimov vəfat edib.

"Hazırda məsələ araşdırılır", - məlumatda deyilir.