adalet.az header logo
  • Bakı 13°C
03 Dekabr 2021 16:48
1368
MƏMLƏKƏT
A- A+

Evi tərk edən koronavirus xəstəsi küçədə saxlanıldı

Şabran rayonunda yaşadığı ünvanı tərk edən koronavirus xəstəsi aşkarlanıb.

DİN-in Mətbuat Xidmətinin Quba regional qrupundan Adalet.az-a verilən məlumata görə, Şabran rayon sakini Nicat Quliyev COVID-19 testnin nəticəsi pozitiv olduğu üçün ev şəraitində müalicə təyin edilməsinə baxmayaraq yaşadığı ünvanı tərk etdiyi müəyyən olunub. Rayon Polis Şöbəsinin əməkdaşları həmin şəxslə profilaktik söhbətlər aparıb və yaşadığı ünvana geri qaytarılıb.

Faktla bağlı RPŞ-də araşdırma aparılır.