adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7

DAĞLAR, MƏNİ UNUTMA…

FAİQ QİSMƏTOĞLU
76361 | 2017-04-28 14:59

… Bir anlıqözümü tənha hiss eləyirəm. Dağlara baxıb onun sinəsindəki gülləri, çiçəkləri,lalələri və yaşıl-yaşıl otları görürəm. Uşaq vaxtı o dağların döşündəki güllərdən, çiçəklərdən,lalərlərdən o qədər dərib evimizə aparmışıq ki! Bizim o dağların ətəyində izlərimizqalıb, xatirələrimiz çöküb. İndi də ucadağlara baxanda o izlər, o xatirələr yada düşür və bir anlıq o xatirələrinişığına bələnirəm…

Təbriz,Zülfüqar, Əsgər, Rəfael, Tubunun oğlanları Dilavər, Yavər… Elə bil onların səsiyenidən qulağıma gəlir və bu səs məni dağlara doğru səsləyir. Və elə bil kimsəbu otların, çiçəklərin, kol-kos basmış ağacların dibindən çıxıb mənə qoşulacaq.Və biz qaça-qaça yenidən dağın döşünə çıxacaq, güllərdən, çiçəklərdən, lalələrdəno ki, var dərəcəyik…

Qulağımdan səsgetmir. Və bu səs bir qədər də bərkdən gəlir. Düşünürəm ki, bəlkə məni qarabasır, kimsə arxadan toxunur? Amma məni nə qara basan var, nə də arxadan toxunan. Diqqətlə gözlərimidağların döşündəki lalələrə, güllərə, çiçəklərə zilləyirəm. Qəti fikrə gəlirəm.Pencəyimi çıxarıb qoltuğuma vuracam və bu dağlara qalxacam. Birdən yenidəniçimi soyuq bir üşütmə tutur. Fikirləşirəm ki, bu yüksəkliyi qalxa bilmərəm,yorularam, tövşüyərəm və yarı yolda qalaram. İçimdəki o güllərin, o çiçəklərinvə o çəmənlərin böyük sevgisi məni dağlara sarı çəkir. Pencəyimi çıxarıbqoltuğıma alıram və başımı qaldırmadan o çiçəklərə sarı addımlayıram…

DostumArif aşağıda qalır. Deyir ki, Faiq müəllim, birdən özünü pis hiss eləyərsən.İstəyirsən mən də gəlim. Ona bir söz demirəm və yoluma davam eləyirəm. Artıq300-400 metr ondan aralanmışam və güllərin, çiçəklərin arasına çatmağa bir o qədərdə məsafə qalmır. Ürəyim ağzımdan çıxır. Yorulduğuma görə yox ha, həmin uşaqlıqizlərimizi tapmaq üçün. Tərləmirəmdə. Dəsmalımı çıxarıram, alnımda puçulanmış bir balaca tərimi silirəm…

… Kollarınarasından bir turac ayaq səslərini eşidib yerindən perik düşür. Yazıq turacneyləsin? Elə bilir ki, ovçuyam, onu vuracam. Ancaq kolların arasınayaxınlaşmağa bir qədər ehtiyat eləyirəm. Orda turac da ola bilər, başqaquşlarda. Amma mənim ən çox qorxduğum ilan da qıvrılıb yatar. Çünki uşaq vaxtıbu kolların arasında gürzə də olardı. Və hətta bir dəfə o gürzə Tubunun oğluDilavəri az qala vurmuşdu. Nə yaxşı ki, ilanın quyruğunu ayağı ilə bastalamadıvə ilan da onun üstünə atılmadı. Elə o vaxtdan kol-kosdan, qalın otlar olanyerdən bir qədər ehtiyat eləyirəm…

… Baxdıqcaadamın gözləri gözəllikdən doymur. Güllərin, çiçəklərin, lalələrin biraddımlığındayam. Məndən 200-300 metryuxarıda bir çoban tütək çalır. Ətrafında da çoxlu qoyun-quzu var. Zarafatdeyil, bu çoban bu dəqiqə dünyanın ən xoşbəxt adamıdı. Altıda alımı yox, beşdədə verimi. Tütəyi elə çalır ki, bu səs sümüyümə qədər işləyir. Deyəsən,«Heyvagülü» çalırdı. Ona sarı getdiyimi görüb çalmağı dayandırdı və özü mənəyaxınlaşır...

… Yaxınlaşanda nə görsəm yaxşıdı?! Bu elə mənim sinif yoldaşımFirqət idi. Qucaqlaşıb öpüşürük. Düz 45 ildi görüşmürdük. Hələ bir ağladıq da.Dedi ki, bu dəqiqə quzulardan birini kəsib kabab eləyəcəm. Burda iki qardaş kefeləyərik. Aşağıda da dostum Arif və bir də nəvəm durmuşdu. Dedi ki, onları daçağır gəlsin! Bax, burda hər cür şəraitim var, alaçığı elə-belə bilmə. Orda hərşey var – su, manqal və şişlər…

Gördümki, dostum məndən əl çəkən deyil. Dedim ki, ay rəhmətliyin oğlu, mən bura -dağlara kabab yeməyə gəlməmişəm. Uşaqlığımızı, onun izlərini axtarıb tapmağaqalxmışam. Elə səni tapmışam, bu mənim bəsimdi. Təzədən Firqət kövrəlir və dillənir:

-Sənin başaa dönüm, gör nə vaxtdı görmürəm səni. Qırx beş ildən çoxdu. Amma deyəsənelə ikimiz də qocalmışıq. Özümüzü qoca kimi görə bilmirik. Heç mən də o qədər zəifdeyiləm. Görürsən, yüzdən çoxqoyun-quzum var, kefim də kökdü. İstəyirsən birini burda kəsib yeyək, birini dəmaşına qoyum apar uşaqlara…

Axıkasıb adamlar mərd olur. Heç mənim sinif yoldaşım elə kasıb da deyil. Ammaböyük ürəyi var. İki daşın arasında çaydanı odunla qaynadır və çay dəmləyir.Sonra da aşağıda duran dostuma və nəvəmə əl eləyir ki, qalxın bura! Bizimonlarla aramızdakı məsafə elə də yaxın deyil – 700-800 metrdi. Onlar ikisi dəqan-tərə bata-bata dağın döşünə qalxırlar. Beş-on dəqiqədən sonra çayımızqaynayır, Firqət kəklikotudan qəşəng bir çay dəmləyir. Bu çayı içəndə gözümüzənur, ayağımıza təpər gəlir…

… Uşaqlıq illərinəqayıdıram. Bax, onda da dağların döşündən o qədər kəklikotu, mərəsöyüd, yarpız,quzulağı yığıb apamışıq evimizə. Həmin tərələrdən də nənələrimiz çox qəşəngdovğa bişirərdi, otlardan da ətirli çay dəmləyərdi. Dizimi yerə qoyub otlarınarasından bir neçə kəklikotu tapıram. Sonra mərəsöyüd yığıram. Bir az daquzuzulağı və digər tərələri dərirəm. Ətri hər tərəfi götürüb. Uşaqlıq izlərimiziaxtarsam da heç nə tapa bilmirəm. Gözüm bir şeyə sataşır – yeri deşib çöləçıxıb. O dəqiqə dalağım sancır ki, bu, dombalandı. İki-üç dombalan tapıram.Firqət də bir-ikisini mənə verir. Deyir ki, mən də o dombalanı çox axtarmışam.Cəmi ikisini tapmışam. Bu il yaxşı yağış yağmadığına görə, dombalan azdı. Ammaötən il 15 kilo dombalan yığmışdım. Yoxsa bilmirdim sən bu qədər dombalanı xoşlayırsan. Ondan sənədə pay göndərərdim…

Dombalanmin bir dərdin dərmanıdı. Xüsusən şəkər xəstələrinə onu dərman kimi yeməyi məsləhət bilirlər.Kiloqramı da indi çox bahadı – 70-80 manata. Bunu da tapmaq o qədər də asandeyil. Hər halda, dağların döşünə qalxmağım hədər getmədi, orda 45 il görmədiyimsinif yoldaşımı tapdım. Uşaq vaxtı yığdığım kəklikotu və digər otları topladım.Və ən yaddaqalanı o oldu ki, deyəsən heç dağlar da məni yaddan çıxarmamışdı. Əgəryaddan çıxarsaydı, bir qaşqabaq tökədi, bir fısqırıq çıxarardı ki, yer-göy lərzəgələrdi: ya dolu yağardı, ya da leysan olardı…

Mənimsevdiyim bu dağlar məni öz ilıq nəfəsi, öz günəşi, öz gülü, öz çiçəyi, öz ətriyləqarşıladı. Və bu dağlar mənə bu il də öz ətrindən, gülündən, çiçəyindən payverdi. Mən də o güldən, çiçəkdən, otdan bir neçə dostuma pay elədim. Dedim ki,dağlara getmişdim və o dağlardan da bu çiçkləri, otları dərmişəm. Mən gələndənsonra isə o dağlarda bir yağış yağıb ki, tut ucundan göyə çıx! Hələ dolunu demirəm, dolu da yağıb...

… Yenidən kövrəlirəmvə məni unutmayan dağlara söykənirəm. Yuxarıda Allah, aşağıda mənim sevdiyimuca dağ1 Və bu uca Allah və uca dağ həmişə onu sevənlərə, o yüksəkliyəqalxanlara arxa, söykək olsun…


TƏQVİM / ARXİV