adalet.az header logo
  • Bakı 8°C
  • USD 1.7

Faiq QİSMƏTOĞLU: ÇAYÇI RƏŞİD...

FAİQ QİSMƏTOĞLU
38182 | 2019-04-05 14:12

... Bizim kənddə çox çayçı olub. Hərəsini də özünəməxsus xasiyyəti,keyfiyyətləri vardı. Məsələn, rəhmətlik Məhərrəm kişi pambıq məntəqəsindəkiçayxanada işləyirdi. Bir çay dəmləyirdi ki, xoruzquyruğu. Adam o çayı içəndə ətrindənvə dadından doymurdu. 70-ci illərdə raykomun 1-ci katibi işləmiş rəhmətlik QədimƏhmədov bizm kəndin üstündəki pambıq qəbulu məntəqəsinə gələndə Məhərrəmkişinin dəmlədiyi çaydan içərdi. Və bir dəfə də çayxanada Məhərrəm kişi yoximiş, başqası olub, stolun üstünə çay gətiriblər. Qədim müəllim də o çaydan birqurtum içib, sonra stəkanı nəlbəkiyə qoyub deyib ki, bu, Məhərrəm kişinin dəmlədiyiçay deyil. İki gündən sonra Məhərrəm kişi işə çıxıb, Qədim Əhmədov da onu görübdeyib ki, ay rəhmətliyin oğlu, harda ölüb qalmısan? Bilmirsən ki, bura gələndəsənin çayına görə gəlirəm? Məhərrəm kişi də yazıq-yazıq durub birinci katibəbaxır...

... Bir çayçı da vardı kəndimizdə. Onun da adı Əzim kişiydi. Allah rəhmətinəgedib. O da məktəbdəki çayxanada işləyirdi. Tənəffüs vaxtı o çayxanaya qaçar,bulku alıb yeyərdik. Ancaq müəllimlərin qorxusundan çayxanada çay içməzdik.Onun da dəmlədiyi çay çox ətirliydi.Mamam oğlu Təbriz bir dəfə tənəffüsarası çayxanada bulku alıb çayla içəndə məktəbindirektoru rəhmətlik Əvəz müəllim qəfil içəri girir. Mamam oğlu nətəhərkarıxırsa, az qala bulku onun boğazında qalacaqmış. Çünki Əvəz müəllimin zəhmindənvə qorxusundan biz nəinki məktəbdəki çayxanaya, heç kənddəki çayxanalara ürzükəbilməzdik...

Rəşid kişinin isə çayxanası tam başqa bir aləm idi. Məktəbinyaxınlığındaydı. Daha doğrusu, kolxoz həyətində, taxtadan düzəldilmiş bir yerdə. O çayxanaya ən çox böyüklərimiz, ağsaqqallargedərdilər. Və Rəşid kişi də stəkan-nəlbəkiləri səliqəylə yuyub kənara qoyardı.Özü də çox zarafatcıl və şirin bir adamıydı. Gözünün ağı-qarası bir oğlu vardı– Şirin. Deyirdi bu Şirini oxuda bilsəm, dərdim olmaz! Bütün əzab-əziyyətə Rəşidkişi qatlaşan adamıydı. Pulu qəpik-qəpik yığardı, qara gün üçün saxlayardı.

... Və o vaxtlar da oğlu Şirini Azərbaycan Dövlət Universitetinintarix fakültəsinə düzəltdirdi. Tarix fakültəsində, universitetdə oxumaq həroğulun işi deyildi. Amma bir ata kimi Rəşid kişi arzusuna çatdı. Şirin məktəbibitirdi və kəndə tarix müəllimi olaraq qayıtdı. Bu gün də elə kənddəki orta məktəbdətarix müəllimidir.

... Bir gün atam həmişə olduğu kimi, bacısıgilə gəlmişdi. Mənim mamamoğlu Təbriz də digər bacısı uşaqlarında daha çevik, daha zirək idi. Savadına vəistedadına da söz yox idi. Atam da onu savadına və istedadına görə digər bacısıuşaqlarından çox istəyirdi. Və hər dəfə də gələndə bacısı uşaqlarınaazdan-çoxdan pul verərdi. Bu dəfə də pul verəndə cibindən bir iyirmi beşlik yerədüşür, Təbriz mamaoğlu da o pulu götürüb qoyur öz cibinə. Heç atamın dabundan xəbəri olmur...

... Bir gün dərsdən qayıdanda mamaoğlu mənə yaxınlaşdı və dedi:

- Dayımın cibindən iyirmi beş manat pul düşüb. Gəl gedək onu bir yerdəxərcləyək.

Sözün düzü, bir az çəkindim, bir az da atamdan qorxdum. Qorxduğumuhiss edən mamaoğlu yenidən dilləndi:

- Ə, dədəmin canı üçün oğurlamamışam ey, yerə düşüb tapmışam. Taydedim yerə düşübsə, pulu dayıma nəyə verim? Onsuz da həmişə gələndə dayım beşdən-ondanbizə verir...

Onun bu sözlərindən sonra ürəyim sakitləşdi və soruşdum:

- Mamaoğlu, bu pulu harada xərcləyəcəyik?!

- Ə, harda xərcləyəcəyik?! Rəşid kişinin çayxanasında. Gedək ora görəkRəşid əmi nə deyir?

... Sabahı günü Rəşid kişinin çayxanasına getdik. Mamaoğlu Təbrizdedi ki, Rəşid əmi, iyirmi beş manat pulumuz var. Biz buna neçə gün şirinçayyeyə bilərik?

Rəşid kişi diqqətlə iyirmibeşliyə baxdı. Bir bizə baxdı, bir ətrafınabaxdı, gördü ki, bizdən və özündən başqa çayxanada heç kim yoxdu. Sakitcə dedi:

- A köpək uşağı, bəlkə bunu hardansa oğurlamısınız?

Mamamoğlu Təbriz tezcə də cavab verdi:

- Ay Rəşid əmi, nə oğurlamaq, nə zad, pulu tapmışıq, indi də gəlib səninyanında xərcləmək istəyirik. Sadəcə soruşuruq ki, bu pula neçə dəfə şirinçayyemək olar?

Rəşid kişi iyirmi beşliyi əlində oynada-oynada bir yerə baxdı, birgöyə. Yenə bir Təbrizə baxdı, bir də mənə. Və handan-hana sakitcə pıçıldadı:

- Düz on dəfə yağla, pendirlə şirinçay verəcəm sizə!

Biz bu sözü eşidəndə sevindik və gedib əyləşdik masanın arxasında.Bir neçə dəqiqədən sonra Rəşid kişi yağ, pendir və şirinçayı masanın üstünə gətirdi.Biz də o çayı, pendiri, şirinçayı elə acgözlüklə yedik ki, sanki aclıqdançıxmışdıq...

Düz altı gün biz yağ-pendir və şirinçayı yedik, ordan da məktəbəgetdik. Amma heç kim bilmirdi ki, biz Rəşid kişinin yanından gəlirik. Yeddincigünü yenə böyük həvəslə Rəşid kişinin çayxanasına gəldik və əyləşdik həmişəoturduğumuz masanın arxasında. Bu dəfə Rəşid kişi gec gəldi. Amma qanı qaraydı.Bizim diqqətlə ona baxdığımızı görüb yavaşca yenə pıçıldadı:

- Bax, bu gün tay axırıncı gündü. Verdiyiniz pullar xərclənibqurtarır. Birdən elə bilərsiniz pulunuz var, sabah da gələrsiziniz. Bax, sabahgəlməyin ha!

Mamam oğlu Təbriz bic-bic gülümsəyərək:

- Ay Rəşid əmi, bəs deyirdin on gün şirinçay yeyəcəksiniz? Bu ki,yeddinci gündü, hələ üç gün qalıb – dedi.

Rəşid kişi sifətini turşutdu:

- Bəs bilmirsiniz hər gün pendir, yağ, şirinçay yeyəndə pul butezliklə qurtaracaq? Maşallah, hərənizyarım kilo pendir yemisiniz. Mən hələ yağı demirəm. Bunu da hesablasaq,o pul çoxdan xərclənib. Amma mən istəmirəm ki, sizin xətrinizə dəyim. Nəyemisiniz, halal xoşunuz olsun!..

Rəşid kişi sözünü bitirən kimi kolxozun sədri Məhərrəm kişi, başmühasib, baş aqranom çayxanaya girdilər. Kolxozun da sədri Məhərrəm kişi çox zəhmlivə ciddi adam idi. Ondan kənddə nəinki arvad-uşaq, hətta tay-tuşları da çəkinərdi.Onları görən Rəşid kişi özünü itirdi. Tez bizi yola salmağa çalışdı.

Bizi görən Məhərrəm kişi çayçıdan soruşdu:

- Bu uşaq-muşaqlar burda nağayrır?

- Heç, Məhərrəm müəllim, çay içməyə gəlmişdilər.

- Kimin uşaqlarıdı onlar? – deyə Rəşid kişidən soruşdu.

Rəşid kişi yenidən dilləndi:

- Biri Qismətin oğludu, biri də Nəsibin. Həmişə gələn deyillər. Birstəkan çay içib getdilər.

Rəşid kişi xoruzquyruğu çayı Məhərrəm kişinin masasına gətirəndənsonra hər şey sakitləşdi. Və biz də ordan uzaqlaşıb məktəbə qaçdıq...

... Və qorxurduq ki, bizim çayxanada olmağımızı Məhərrəm kişi dədələrimizədeyər. O da dədəmizə heç nə deməmişdi. Çünki o vaxtlar çayxanalara, kinoya gedənuşaqlara bir o qədər də yaxşı baxmırdılar. Deyirdilər ki, filankəsinuşaqlarının yiyəsi yoxdur: ya Osmanını verdiyikinoya gedirlər, ya da Əzimin, Rəşidin, Məhərrəmin çayxanalarına. Tay ovaxtdan sonra bir də bizim ayağımız Rəşid kişinin çayxanasına dəymədi...

TƏQVİM / ARXİV