adalet.az header logo
  • Bakı 13°C
  • USD 1.7

Faiq QİSMƏTOĞLU: SAZIN-SÖZÜN İŞIĞI

FAİQ QİSMƏTOĞLU
44243 | 2019-07-25 09:00

Mənimbarmaqla sayılası çox sədaqətli və səmimi ziyalı dostlarım var. Nə onlar məndənbir şey umur, nə də mən onlardan. Sadəcə olaraq bizi yaxınlaşdıran,doğmalaşdıran, bir-birimizə sevdirən sadəliyimiz, səmimiyyətimiz və bir dədünya malında gözü olmamağımızdı. Belə dostlarımdan biri də çox böyük ziyalı,Əməkdar elm xadimi, Dövlət mükafatı laureatı, Azərbaycan Aşıqlar Birliyinin sədri,professor Məhərrəm Qasımlıdı.

Məhərrəmmüəllimlə mənim dostluğum ötən əsrin 70-ci illərində ADU-da (indiki BDU)oxuduğumuz vaxtlarda başlayıb. Və o dostluq 40 ildən çoxdur ki, davam eləyir.Tez-tez bir-birimizlə telefon əlaqəsi yaradırıq. İmkan olanda, vaxt tapanda birstəkan çay da içirik. Və çay süfrəsi arxasında tələbəlik illərindən bu günəkimi keçdiyimiz yolu yada salır, maraqlı anları və məqamları xatırlayır, o ki,var keçmişin şirinliyində özümüzü daha doğma hiss eləyirik.

Hər yenikitabı çıxanda ilk oxucusu da mən oluram. Yenə görüşdük, bir stəkan çay içdik,çörək kəsdik, təzə çap olunmuş "Azərbaycan aşıq ədəbiyyatı”ı kitabını mənə hədiyyəetdi. Aqil Abbasa və Əbülfət Mədətoğluna salamını çatdırmağı bildirdi.

Sözündüzü, onun kitablarının hər biri mənim üçün çox doğmadır. Çünki Məhərrəm müəllimhansı məqaləni, hansı yazını, hansı kitabı araya-ərsəyə gətirirsə, o yazılarındili, üslubu bal kimi şirindi. Və mənə bağışladığı yeni kitabı da bir axşamıniçində bir nəfəsə oxuyub başa çatdırdım. Düşündüm ki, ürəyimdən keçənləri qələməalım ki, qoy oxucular da bilsinlər ki, Məhərrəm müəllimin yeni çapdan çıxmış"Azərbaycan aşıq ədəbiyyatı” kitabı nə qədərmaraqlı, orijinal, sazın və sözün koloritini özündə əks etdirən dəyərli bir mənbədir.Onun ərsəyə gətirdiyi "Azərbaycan aşıq ədəbiyyatı”kitabı aşıq sənətinin milli tarixi səciyyəsi, ustad aşıqların ömür və sənətyolu barədə çoxsaylı elmi oçerklərdən ibarətdir. Görkəmli alimin bu kitabıhazırlamaqda əsas məqsədi Azərbaycanaşıq ədəbiyyatının milli özünəməxsusluğu və tarixi inkişaf mərhələləribarədə oxuculara dolğun bilgi verməkdir. Müəllif kitabın ön səhifəsində yazır:"İstəkli oxucu, iyirminci yüz ilin səksəninci illərindən başlayaraq ozan-aşıq ədəbiyyatıilə bağlı sistemli və çoxyönlü araşdırmalar aparmaqdayam. Azərbaycanla yanaşı,Sibir-Altay, Orta Asiya, İran və Anadollunu dönə-dönə gəzib dolaşmışam. Gəldiyimson qənaət budur ki, "aşıqlıq” ecazkar saz-söz sənəti olmaqdan daha çox möhtəşəmfəlsəfi sistemdir...”.

Doğurdanda kitabı vərəqləyəndə biz bu sistemin bir daha fəlsəfi sistem olduğunu dönə-dönəhiss edirik. Hiss edirik ki, Məhərrəm müəllim əli qələm tutandan ömrünü, gününüozan-aşıq sənətinin araşdırılmasına, təhlilinə və fəlsəfəsinə həsr edib. Bu sahədəo, Azərbaycanda ən istedadlı və zəhmətkeş alimlərdəndir.

Kitabı vərəqlədikcəbir-birindən gözəl aşıq sənəti ilə bağlı oçerklərə rast gəlirik. Həminyazıların sərlövhəsini bir daha oxucuların diqqətinə cəlb edirik: "Aşıq ədəbiyyatınınmilli və tarixi özəlliyi”, "Dədə Qorquddan üzü bəri”, "Qurbanidir mənim adım”,"Aşıqlığın padşahı – Abbas Tufarqanlı”, "Bayatılarımızın heyrət heykəli – SarıAşıq”, "Xəstə Qasım Tikmədaşlı”, "Abdalgülablı Valeh – Valeh ləqəbimdi, Səfidiradım”, "Aşıq Hüseyn Şəmkirli”, "Ələsgərəm, hər elmdən haliyam”, "O bir Haqqaşığı idi – Hüseyn Bozarqanlı”, "İsmi Pünhan aşığı Molla Cüma”, "AşıqlığınDədə Şəmşir ucalığı”... Bu yazıların hər birinin öz dili, öz üslubu, özmayası var.

Məsələn,"Dədə Qorquddan üzü” bəri oçerkindənoxuyuruq: "Sazın-sözün əzəli və əbədi missiyası xalqın dilini, ruhunu yaşatmaq,arıdıb-durultmaq, onun tarixi-mənəvi kimliyini, etnoqrafiq yaşam tərzini,folklor dəyərlərini, fikir-düşüncə özünəməxsusluğunu, könül gözəlliklərinisirli-sehrli bir ecazkarlıqla sabaha daşımaqdır. Yüzilliklərin uzaq dərinliklərindəmöhtəşəm oğuznamələri düzüb-qoşan alpozanlarının könül yadigarları bu gün bizim üçün ona görə əzizdən əzizdirki, onların hər kəlməsində dilimizin, ruhumuzun, mənəvi varlığımızınaydınlığını, duruluğunu, yenilməzliyini görə bilirik. Bu baxımdan Ata Qamların(şamanların), Dədə ozanların əski çağlardan başladıqları mübarək yolu – dil vəruh mücadiləsini sonrakı dönəmlərdə ustad aşıqlarımızın poetik ovqatla davametdirməsi, mənsub olduğu xalqın mənəvi gücünü qürurla daşıması, yeni nəsillərətəlqin edib mənimsətməsi, milli varlığımızın, o cümlədən də istiqlal və dövlətçilikdüşüncəmizin qorunub möhkəmləndirilməsində mühüm rol oynamaqdadır...”.

Bu milləti,bu xalqı dünyaya tanıtdıran, dünyaya sevdirən ozan-söz sənətidir. Çünki bizimmillətin mayası sazdan, qoşmadan, bayatıdan, təcnisdən, dodaqdəyməzdən, dildönməzdən...yoğrulub. Və bu həm də millətin vizit kartıdır. Bizi dünyada ən çox saza və sözəgörə tanıyıblar. Hətta Dədə Qorqud qopuzu Aruzun qarşısına çıxararaq deyirdiki, sizi and verirəm bu qopuza, qardaş qırğınına getməyin! Deməli, qopuz, sazbizim həm də inanc və and yerimizdi. Və bu and yerimiz mübarək olsun!

Biz bukitabda böyük aşıqlarla – Abbas Tufarqanlı, Xəstə Qasım, Sarı Aşıq, AbdalgülablıValeh, Yəhya bəy Dilqəm, Hüseyn Şəmkirli,Aşıq Ələsgər, Hüseyn Bozalqanlı, Molla Cümə, Növrəs İman, Dədə Şəmşir,Mikayıl Azaflı... ilə yenidən tanış olur, onların böyük istedad və aşıq sənətininşahidinə çevrilirik.

Kitab "Şərq-Qərb”nəşriyyatı tərəfindən çap edilib. Redaktoru filologiya elmləri doktoru,professor Mahmud Allahmanlı, rəyçi filologiya üzrə fəlsəfə doktoru Tinatin Məmmədova,tərtib edən Təranə Vəliyevadı.

İnanırıqki, professor Məhərrəm Qasımlının "Azərbaycanaşıq ədəbiyyatı” kitabı kitab bolluğunda tamamilə başqalarından seçiləcəkvə öz sevimli oxucularını tapacaqdı. Çünki Məhərrəm müəllim bu kitabı ürəyininatəşi, qəlbinin aşıq sənətinə olan böyük sevgisiylə qələmə alıb. Böyük sevgilərsəhəmişə ürəklərə yol tapıb.


TƏQVİM / ARXİV