adalet.az header logo
  • Bakı 18°C
19 Oktyabr 2020 15:16
65288
GÜNDƏM
A- A+

AY QARDAŞLAR, HƏZRƏT ABBAS HAQQI BELƏ OLMAZ!

Dövlət deyir, Müdafiə Nazirliyi deyir, ziyalılar deyir, yenə də öhd olmur. Həzrət  Abbas haqqı, belə olmaz! Rəsmi mənbələrə  əsaslanmadan hansısa bir məlumatı  yaymaq, tirajlamaq, dezinformasiyaları ictimailəşdirmək, hətta erməni mətbuatına  istinad etmək ayıbdı, məsuliyyətdi.

Belə bir  məlumatı saytlar, sosial  şəbəkələr yaydılar ki, Füzuli şəhəri azad olunanda 27 ildi zəncirlənmiş bir əsir  aşkar ediblər və həmin əsir də Qax rayonundan olan İmran Şamxalovdur, 1992-ci ildə döyüşlərdə  əsir düşüb. Bu yalan məlumatla gör neçə ailənin ürəyini qırdınız, yaralarının  qərtməyini, közünü   qopartdınız. Gözü yollarda qalan nə qədər  ananın ümidini  gözlərində qoydunuz.

Dövlət Təhlükəsizlik Xidməti həmin məlumatı təkzib elədi.

İndi heç olmasa bu yalan məlumatı saytlarınızın səhifələrindən və sosial şəbəkə profillərinizdən silin.

Və yaxşı olar ki, hüquq-mühafizə orqanları bu yalan məlumatı yayan ilk şəbəkə istifadəçisini və ya saytı aşkar edib cəzalandırsın ki, başqalarına görk olsun.