SON DƏQİQƏ:

KEÇMİŞDƏ QALAN XALQ

  36527   |  
Şriftin ölçüsü  

Ermənistan vətəndaş müharibəsinin  astanasında

Sentyabrın 27-dən başlamış və noyabrın 10-da  torpaqlarımızın hərbi yolla işğaldan azad olunması mərhələsi başa çatdı. Azərbaycan Respublikasının  prezidenti, Ali Baş Komandanımız İlham Əliyevin rəhbərliyi ilə zəfər çalan Silahlı Qüvvələrimiz sübut etdi ki, Ermənistan  hakimiyyəti məntiqi, rasonal  düşüncəyə malik deyil, onlar erməni xalqının  yox, sırf xarici qüvvələrin maraqlarına  xidmət edir.

Hazırda aldıqları  ağır zərbədən sonra Ermənistanda demoqrafik böhran daha da  dərinləşib. Minlərlə erməni  gəncinin Qarabağda, işğal edilmiş ərazilərdə ölməsi şikəst olması, xaricə miqrasiya axınının  daha da  artması göstərir ki, qarşıdakı illərdə Ermənistanda yaşayan əhalinin sayı kəskin  azalmağa doğru gedəcək.

Hərbi fiaskodan  sonra Ermənistanda yüksək  çinli  məmurların xarici ölkələrə qaçması və var-dövlətini  tələsik ölkədən  çıxarmaqla buna hazırlaşması barədə məlumatlar artır.

Ermənistanın hüquq-müdafiəçisi Vardan Aratunyan bununla bağlı qeyd edir ki, «bizim xalq keçmişdə ilişib qalıb. Biz XX əsri qiymətləndirməyi bacarmadan XXI əsrə keçdik. Amma əslində XIX əsrdə qalmışıq. Öz dünyagörüşlərimizlə, gündəlik  problemlərimizlə və arzularımızla biz hələ də keçmişdəyik. Biz hələ də keçmişin problemlərini həll edirik. Biz hələ də Sultan Həmidlə mübarizə aparırıq. Hələ də keçmişin mahnılarını oxuyuruq və o düşüncələrlə yaşayırıq.

Patriotizmin ucalığını biz hələ də Çauşda, Droda, Andronikdə, Sose və Seropda görürük. Onların quldur-sosialist-terrorist-millətçi patriotizmini örnək kimi  qəbul edirik.  Erməni  xalqı o vaxtdan qalan qonşulara qarşı nifrət  və iddiaları XXI əsrə  daşıyır. Bizim patriotizmimiz və bizim antitürkizmimiz bir-birilə proporsional şəkildə uzlaşır. Soyqırımı bizim vizit kartımız kimi bu günlərə qədər daşımaqdayıq. Biz qisas almaq ənənələrimizi keçmişdən bu günə daşıyırıq. Bu isə işıqlı gələcəyə aparan yolda bizim üçün  ağır yükə çevrilərək bizi aşağıya doğru sürükləyir.

Erməni  xalqı dərsliklərdə Tiqranın yürüşlərini təbliğ edərək guya patriotizm nümayiş etdirirlər. Bu xəyallardan ilhamlanaraq öz sərhədlərimizin «dənizdən-dənizə» inamı üstündə kökləyərək inanmağa çalışırıq ki, illüziyalarımızı həyata keçirəcəyik.

Müharibədə aldığımız ağır məğlubiyyətdən nəticə çıxarmayaraq, döyüş vaxtı hansısa kiçik və müvəqqəti qalibiyyətimizi bayram edirik. Biz hələ də müharibəni döyüş meydanlarında qazanılmış kiçik üstünlükdən ayırmağı bacarmırıq. Və çox təəssüf ki, mənasız bayram təəssüratını müharibədə qələbə  çalan tərəfin gözü qarşısında edirik. Başa düşmürük ki, qalib gələn və qələbə  sevinci yaşayan xalqın  qarşısında özümüzü gülünc vəziyyətinə  salırıq.

Biz çoxəsrlik tariximizlə öyünürük, amma bu əsrlər  ərzində kilsələrdən  başqa heç  nə yaratmamışıq. Bizim  ən qədim şəhərimizin hətta 200 illik  tarixi belə  yoxdu.

Bu sətirləri oxuduqca həqiqətən Ermənistan iqtisadiyyatının tam çökdüyünü, xarici borclarının artdığını və əhalinin sosial  təminatı  sahəsində fəlakətli durum yarandığının şahidi oluruq. Ordu artıq ağır  məğlubiyyətdən sonra demək olar ki, darmadağın olub. Ölkədə xaos yaşanır.  Erməni müxalifəti Qarabağdakı məğlubiyyətdən  istifadə edərək hakimiyyətə gəlməyin yollarını  axtarır. Onlar Paşinyanı linç etməyin planlarını  qurur və ictimai-siyasi rəyi buna hazırlayır.

Buna cavab olaraq hakimiyyətini  hələ də qorumaq niyyətini gizlətməyən Paşinyan Qarabağdakı terrorçu döyüşçüləri Yerevana, onu qorumağa çağırır: «Əmr edirəm, gəlin və bizi bu divar  dibində yatanlardan xilas edin» deməklə  əslində erməni xalqını  bütövlükdə aşağılayır.

Xalqdan gizlənərək iş kabinetinə  gəlməyə belə cürət  etməyən baş nazir erməni xalqını guya yeni hazırladığı «yol xəritəsi»  planı ilə ağ günə çıxaracağını, demokratiyanı qoruyacağını vəd edir. Özünün də inanmadığı bu boş xəyallara xalqını inandırmaq istəyir.

Bir sözlə, Ermənistanın hazırki ictimai-siyasi həyatı «barıt çəlləyinə» bənzəyir. Müxalif  qüvvələrlə hökumət qüvvələri rəsmən  vətəndaş müharibəsinin astanasındadır. Hüquq müdafiəçisi Vardan Aratunyanın da dediyi kimi, erməni xalqı XIX əsr düşüncələrindən xilas ola bilmir.

Rüstəm HACIYEV,

Hüquq şöbəsinin müdiri

 

Dosta Göndər :

  

SON XƏBƏRLƏR

2020-11-29
2020-11-28

Video

Yazarlar

MARAQLI

DÜNYA

ƏDALƏT BU GÜN
November: 28, 26, 24, 21, 19, 17, 14, 12, 11, 07

Redaktor seçimi

FOTOREPORTAJ

GÜNÜN SİTATI

SORĞU

«McDonalds»ı boykot etmisinizmi?

ÇOX OXUNAN

GÜNÜN LƏTİFƏSİ

Təyyarə qəzaya  uğrayır, səbəb də Paşinyan olur. Deməli, Erkin Qədirli, Paşinyan  və Saakaşvili sağ qalıb bir kimsəsiz adaya düşürlər.  Ac-susuz, Erkin hər  aclığı tutanda Paşinyanı  salır  təpiyinin  altına, Saakaşvili birtəhər tutub Paşinyanı  Erkinin  əlindən alır. Day döyülməkdən  Paşinyanın  üz-gözü qalmayıb, qaçıb  gizlənməyə yer də yoxdu. Deyirlər  balıq tutaq  heç olmasa. Dənizin  kənarında oturub balıq tuturlar.

Əllərinə bir qızıl balıq  düşür. Qızıl balıq yalvarır ki, məni buraxın, hərənizin bir  arzusunu  yerinə yetirim.

Saakaşvili deyir:

- Məni at Tiflisə. Çoxdandı ev  çaxırı içmirəm, çexoxbili yemirəm.

Balıq Saakaşvilini atır Tiflisə.

Paşinyan deyir:

 Balıq qardaş, məni də at Tiflisə, Saakaşvilinin  yanına, yoxsa bu türk  məni  minəcək.

Balıq onu da atır  Tiflisə.

Erkin Qədirli deyir:

- Sən  belə elə də, bir qəşəng süfrə aç – xaş, sirkə-sarımsaq , üstünə nar  sıxılmış soğan, bir də tut arağı, o oğraş Paşinyanı da qaytar geri.

ARXİV

TƏQVİM

FACEBOOK