SON DƏQİQƏ:

Füzuli: Boş səhra, düşmənin həyat əlamətlərini sildiyi şəhər

  12553   |  
Şriftin ölçüsü  

Fransanın beynəlxalq radiosu “RFİ” Azərbaycanın Ermənistan işğalından azad edilən Füzuli rayonundan reportaj hazırlayıb.

AZƏRTAC xəbər verir ki, reportajda 1990-cı illərin əvvəllərində ermənilərin işğal etdiyi Dağlıq Qarabağ ətrafındakı yeddi rayondan biri olan Füzulidə heç bir evin, kiçik ticarət mərkəzinin, hətta fermanın belə olmadığı diqqətə çatdırılır.

Qeyd edilir ki, 30 ildir erməni işğalı altında qalan Füzuli boş səhranı xatırladır. Bildirilir ki, indi yalnız müharibə izlərinin göründüyü rayon bu il oktyabrın 17-də Azərbaycan silahlı qüvvələri tərəfindən işğaldan azad edilib.

Müəllif vurğulayır ki, Füzulidə Azərbaycan ordusu tərəfindən məhv edilmiş erməni hərbi texnikası sovet dövrünə aiddir. Əvəzində isə Azərbaycanın son illərdə hərbi sahəyə kifayət qədər büdcə ayırıb və ordunu müasir texnika ilə təmin edib.

Eyni zamanda, qeyd olunub ki, doğma evlərinə qayıtmaq istəyi ilə yaşayan Füzuli sakinləri bu yerlərin minalardan təmizlənməsi, eləcə də, burada yaşayış infrastrukturunun yaradılması üçün bir neçə il gözləməli olacaqlar.

Reportajda, həmçinin, bildirilib ki, burada uzun müddət heç kim yaşamayıb və şəhər yalnız dağıntılardan ibarətdir.

Dosta Göndər :

  

SON XƏBƏRLƏR

2021-01-19
2021-01-18

Video

Yazarlar

MARAQLI

DÜNYA

Redaktor seçimi

FOTOREPORTAJ

GÜNÜN SİTATI

SORĞU

Azərbaycanlılarla ermənilər birlikdə yaşaya bilərmi?

ÇOX OXUNAN

GÜNÜN LƏTİFƏSİ

Vəli Xramçaylı görür ki, bir nəfər əyilib arxdan su içmək istəyir. Qışqırır ki:

- Ayə, nağayrersan, ordan su içmə, kanalizasiyadı.

Adam başını qaldırıb:

- Hinç axper?

Vəli:

- Boyy, bu erməniymişki əəə.. Heç deyirəm ki, ikiəlli iç.

ARXİV

TƏQVİM

FACEBOOK