SON DƏQİQƏ:

Bu dövrdə Bakıda avtomobillərin qiyməti ucuzlaşacaq

  177418   |  
Şriftin ölçüsü  

Son bir ay ərzində avtomobi bazarında ciddi qiymət artımı müşahidə edilməyib.

Bunu Trend-ə Əmlak məsələləri üzrə ekspert Ramil Osmanlı deyib.

R.Osmanlı bildirib ki, Vətən müharibəsinin başlanması və cəmiyyətin bütün diqqətinin Vətən müharibəsinə yönəlməsi avtomobil bazarında alqı-satqı əməliyyatarının çox kəskin azamasına gətirib çıxardı:

“Çox şükürlər olsun ki, döyüşlər Azərbaycanın qələbəsi ilə bitib, ancaq hələki avtomobil bazarında ciddi dinamik dəyişiklik müşahidə olunmur. Amma nisbi də olsa, aktivlik müşahidə olunmaqdadır. Düzdür, bu aktivlik hələki qiymətlərə təsir göstrməyib. Son bir ay ərzində avtomobil bazarnda əhəmiyyətli qiymət dəyişməsi müşahidə olunmayıb”.

R.Osmanlının sözlərinə görə, əvvəlki tendensiyalara uyğun olaraq qiyməti təqribən 70-80 min manatdan yuxarı olan avtonəqliyyat vasitələrində nisbi qiymət azamaları, təqribən 2-3 faiz civarında müşahidə olunub:

“Bu da həmin avtomobillərə marağın tədricən azalması ilə bağlıdır. Yəqin ki, qiymət dinamikası istiqamətində əsas prosesləri biz bu ilin sonu növbəti ilin əvvəli müşahidə edəcəyik. Adətən il dəyişməsində qiymətlərin qısamüddətli azalması müşahidə olunur. Çünki ən azı avtomobilin müddət baxımından ili dəyişmiş, yəni köhnəlmiş sayılır və bu da təbii ki, qiymətə təsir göstərən amildir, ancaq bu qısamüddətli bir dövrdə baş verir.

Sonrakı aylarda isə yeni avtomobillərin bazara daxil olması tədricən prosesin aktivləşməinə gətirib çıxarır və qiymtlərin artımı baş verir”.

Dosta Göndər :

  

SON XƏBƏRLƏR

2021-01-18

Video

Yazarlar

MARAQLI

DÜNYA

Redaktor seçimi

FOTOREPORTAJ

GÜNÜN SİTATI

SORĞU

Azərbaycanlılarla ermənilər birlikdə yaşaya bilərmi?

ÇOX OXUNAN

GÜNÜN LƏTİFƏSİ

Vəli Xramçaylı görür ki, bir nəfər əyilib arxdan su içmək istəyir. Qışqırır ki:

- Ayə, nağayrersan, ordan su içmə, kanalizasiyadı.

Adam başını qaldırıb:

- Hinç axper?

Vəli:

- Boyy, bu erməniymişki əəə.. Heç deyirəm ki, ikiəlli iç.

ARXİV

TƏQVİM

FACEBOOK