SON DƏQİQƏ:

Tahir Rzayev: "İlkin qələbələr rayonların sülh yolu ilə alınmasına zəmin yaratdı"

  17348   |  
Şriftin ölçüsü  

Azərbaycan Ordusunun Laçın rayonuna daxil olması qələbələrimizi bir daha tam təsdiqlədi. Bu sözləri SİA-ya verdiyi açıqlamasında Milli Məclisin Aqrar Siyasət Komitəsinin sədri, millət vəkili Tahir Rzayev deyib.

Komitə sədri xüsusilə qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti Ali Baş Komandanımız Cənab İlham Əliyevin müraciətində də bu aydın əks olundu. “Cənab Prezident çox böyük sevinclə, çox böyük qürurla bildirdi ki, artıq Azərbaycan əraziləri düşməndən tamamilə azad olunub. Bizim üç rayonumuz Ağdam, Kəlbəcər, Laçın rayonu heç bir itgi verilmədən düşməndən azad olundu. Çünki, bu rayonlar Azərbaycan üçün strateji əhəmiyyətə malik rayonlardır. Cənab Prezidentin bidirdiyi kimi, bu rayonlarda müharibənin aparılması xeyli itgiyə səbəb ola bilərdi, ancaq Azərbaycan əsgərlərinin, zabitlərinin ilkin qələbələri həmin rayonların sülh yolu ilə alınmasına zəmin yaratdı və bu çox sevindirici haldır.

Cənab Prezident öz müraciətində bildirdi ki, Laçın Azərbaycanın ən böyük əraziyə malik olan rayonlarından biridir, tarixi, mədəni abidələrlə zəngin olan regionlarından biridir, həm də Laçın Ermənistanla sərhəddə olduğu üçün Azərbaycanın gələcək inkişafı, Azərbaycan sərhədlərinin qorunması baxımından çox əhəmiyyətli, strateji bir mövqedir. Əlbəttə ki, Laçının işğaldan azad olunması Azərbaycan Ordusunun Laçında bərqərar edilməsi tarixi bir hadisədir və bizim hər birimizi sevindirir. Artıq Cənab Prezident göstərdi ki, müharibə bitdi, müharibə qurtardı. Artıq Dağlıq Qarabağ münaqişəsi ifadəsi yoxdur. Bu tarixi bir fakt kimi işlədilə bilər. Biz bu gün sevinc içindəyik. Hər bir azərbaycanlı sevinir. Əlbəttə ki, bu sevinc üçün biz Azərbaycan Respublikasının Prezidenti Ali Baş Komandanımız Cənab İlham Əliyevə minnətdarıq, biz müzəfər ordumuza, əsgərlərimizə, zabitlərimizə minnətdarıq. Biz bu döyüşlərdə şücaət göstərən, bu döyüşlərdə öz köməyini əsirgəməyən hər bir insana borcluyuq. Qələbələrimiz möhtəşəmdir, qələbələrimiz tarixidir, qələbələrimiz Azərbaycan xalqını bundan sonra daha böyük şücaətlər göstərməyə ruhlandırır. Cənab Prezident öz müraciətində bir daha xatırlatdı ki, biz işğaldan azad olunmuş, lakin azğın düşmən tərəfindən dağıdılmış, məhv edilmiş, viranəyə çevrilmiş kəndlərimizi, şəhərlərimizi bərpa edəcək, təmir edəcəyik və həmin ərazilər, həmin regionlar çiçəklənən bir məkana çevriləcəkdir. Bunun üçün ölkə rəhbəri bir daha xatırlatdı ki, bizim birliyimiz, bizim həmrəyliyimiz çox vacibdir. Azərbaycan xalqının döyüşlərdə, müharibədə qələbəsini təmin edən məhz bizim birliyimiz, həmrəyliyimiz oldu. Ölkə rəhbəri bir daha əmin olduğunu bildirdi ki, biz bundan sonra da bir yerdə olacayıq, biz bundan sonra da həmrəy olacayıq və düşməndən azad olunan şəhər və kəndlərimiz tamamilə mədəniləşəcək, tamamilə abadlaşdırılacaq və insanlar öz doğma yurd-yuvalarına qayıdacaqlar. Bizim hər birimiz üçün uzun illər arzuladığımız, gözlədiyimiz gün artıq gəlib çatdı. Artıq Azərbaycan torpaqları işğaldan tam azaddır, artıq şəhidlərimizin ruhu sevinir, artıq bizim qaçqın və köçkün insanların köçkünlük həyatı öz üzərlərindən götürülüb, onlar bu gündən öz yurd-yuvalarına qayıtmaq arzusu ilə yaşayıb, işləyib yarada bilərlər. Allah Prezidentimizi qorusun, əsgər və zabitlərimizi qorusun. Allah xalqımıza dayaq olsun”, deyə Tahir Rzayev bildirib.

Dosta Göndər :

  

SON XƏBƏRLƏR

2021-01-26

Video

Yazarlar

MARAQLI

DÜNYA

ƏDALƏT BU GÜN
January: 26 23, 22, 19, 16, 14, 12, 09, 07,
December: 31,

Redaktor seçimi

FOTOREPORTAJ

GÜNÜN SİTATI

SORĞU

Azərbaycanlılarla ermənilər birlikdə yaşaya bilərmi?

ÇOX OXUNAN

GÜNÜN LƏTİFƏSİ

Vəli Xramçaylı görür ki, bir nəfər əyilib arxdan su içmək istəyir. Qışqırır ki:

- Ayə, nağayrersan, ordan su içmə, kanalizasiyadı.

Adam başını qaldırıb:

- Hinç axper?

Vəli:

- Boyy, bu erməniymişki əəə.. Heç deyirəm ki, ikiəlli iç.

ARXİV

TƏQVİM

FACEBOOK