SON DƏQİQƏ:

Müzəffər Ordunun igid zabiti: Baş leytenant Pərviz Aslanovun döyüş yolu... - VİDEO

  77664   |  
Şriftin ölçüsü  

2020-ci ilin 27 sentyabrında Ermənistan silahlı qüvvələrinin döyüş aktivliyinin qarşısını almaq, mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə Azərbaycan Ordusunun komandanlığı tərəfindən qoşunlarımızın bütün cəbhə boyu əks-hücum əməliyyatı başlaması barədə qərar verildi. 44 gün davam edən hərbi əməliyyatlar çərçivəsində Azərbaycan Ordusu Ermənistanın 30 il ərzində qurduğu silahlı qüvvələrini darmadağın etdi və düşmən məğlubiyyətini etiraf edərək ağ bayraq qaldırdı . Eyni zamanda müzəffər ordumuz soydaşlarımızın 30 illik yurd həsrətinə son qoydu.

Qalib ordumuzun igid zabitlərindən biri – baş leytenant Pərviz Aslanov da 44 günlük müharibədə öz sözünü demiş zabitlərimizdəndir. Pərviz müəllim 1975-ci ildə Ağdam rayonu Baş Qərvənd kəndində anadan olub. Orta məktəbi elə həmin kənddə başa vurub. 1994-cü ildə Ermənistan Silahlı Qüvvələri tərəfindən doğma kəndi işğal olunub. Aslanovlar ailəsi elə o vaxtdan Bakıya pənah gətirib. 1995-ci ildə Bakı Dövlət Universitetinin “Beynəlxalq jurnalistika” fakültəsinə daxil olur . İlk jurnalist fəaliyyətinə də “Ədalət” qəzetində başlayır. Pərviz universitetin nəzdində açılmış hərbi kafedrada biliklərə yiyələnmişdi. 2001-ci ildə həqiqi hərbi xidmətə çağrılanda o artıq BDU- ni leytenant olaraq başa vurmuşdu. Telejurnalist fəaliyyətinə İctimai TV başlayan Aslanov hazırda LiderTV –də “Xəbərlər Departamenti”ndə redaktor işləyir. Ən böyük diləyi hərbi biliklərini torpaqlarımızın düşməndən azad olunması üçün başlayacaq haqq savaşında sınaqdan keçirmək idi. Baş leytenant 27 sentyabrda başlayan Vətən müharibəsində ağır amma şərəfli döyüş yolu keçib.Ali Baş Komandan İlham Əliyev tərəfindən Füzuli və Qubadlı rayonlarının işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirdiyi üçün “Füzulinin azad olunmasına görə” və “ Qubadlının azad olunmasına görə” medalı ilə təltif olunub.

 

P. Aslanov ailəlidir, 2 oğul övladı var.

Redaksiyamızın qonağı olan igid həmkarımızın döyüş yolu haqqında söhbətini oxucularımıza təqdim edirik:

Əntiqə Rəşid

Dosta Göndər :

  

SON XƏBƏRLƏR

2021-03-03

Video

Yazarlar

MARAQLI

DÜNYA

ƏDALƏT BU GÜN
March: 02,
February: 27, 25, 23, 20, 18, 16, 13, 11, 09,

Redaktor seçimi

FOTOREPORTAJ

GÜNÜN SİTATI

SORĞU

Azərbaycanlılarla ermənilər birlikdə yaşaya bilərmi?

ÇOX OXUNAN

GÜNÜN LƏTİFƏSİ

Hidayət Elvüal Vəli Xramçaylıya:

- Vəli, birdən yüz min manat tapsan neyniyərsən?

Vəli:

- neyniyəjəm qağa, tez aparıb borclarımı verərəm.

Hidayət müəllim:

- Bəs qalanın nağayrassan?

Vəli:

- Qalanında Allah kərimdi, yavaş-yavaş verərəm dana.

ARXİV

TƏQVİM

FACEBOOK