adalet.az header logo
  • Bakı 20°C
  • USD 1.7
27 Yanvar 2021 16:18
24537
SİYASƏT
A- A+

Ceyhun Bayramov və ATƏT-in Minsk Qrupunun fransalı həmsədri arasında telefon danışığı olub

2021-ci ilin 27 yanvar tarixində qarşı tərəfin təşəbbüsü ilə Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ilə ATƏT-in Minsk Qrupunun fransalı həmsədri Stefan Viskonti arasında telefon danışığı baş tutub.

Xarici İşlər Nazirliyindən Adalet.az-a verilən məlumata görə, tərəflər bölgədəki son vəziyyəti, o cümlədən 10 noyabr 2020-ci il və 11 yanvar 2021-ci il üçtərəfli bəyanatların icrası ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

Tərəflər, həmçinin qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər.