adalet.az header logo
  • Bakı 23°C
  • USD 1.7
02 Mart 2021 15:18
19864
MƏDƏNİYYƏT
A- A+

Anar Kərimov Fahrettin Altunla görüşdü - FOTO

Azərbaycanın Mədəniyyət naziri Anar Kərimov qardaş ölkəyə səfəri çərçivəsində Türkiyə Prezidenti Administrasiyasının İctimaiyyətlə əlaqələr idarəsinin rəhbəri Fahrettin Altunla görüşüb.

Bu barədə Fahrettin Altun “Twitter” hesabında paylaşım edib.

“Bu gün Azərbaycanın Mədəniyyət naziri Anar Kərimovla görüşərək Türkiyə ilə Azərbaycan arasında media, kommunikasiya və ictimai diplomatiya sahəsində həyata keçirəcəyimiz əməkdaşlıqlar haqqında faydalı bir müzakirə imkanı tapdıq. Anar Kərimova ziyarəti üçün təşəkkür edirəm”, - deyə F.Altun bildirib.