adalet.az header logo
  • Bakı 20°C
08 Mart 2021 20:42
30114
KRİMİNAL
A- A+

Salyanda qadınlar maşın oğurladı

Salyan Rayon Polis Şöbəsinə martın 7-də saat 16 radələrində rayon ərazisindən Bakı şəhər sakini S. Nəcəfova məxsus “Opel” markalı avtomobil qaçırılması barədə məlumat daxil olub.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən Adalet.az -a verilən məlumata görə, polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən Bakı şəhər sakini M.Bayramova və sərnişini, paytaxt sakini M.Orduxanova saxlanılıblar.

Salyan Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.