adalet.az header logo
  • Bakı 13°C
  • USD 1.7
04 Aprel 2021 16:45
40887
İDMAN
A- A+

İstanbulda qaçış üzrə yeni dünya rekordu qeydə alınıb

İstanbulda qaçış üzrə yarımarafon yürüşündə yeni dünya rekordu müəyyənləşdirilib.

“Vesti” resursu bildirir ki, uzun məsafələrə qaçış üzrə dünya çempionu Rut Çepnhetiç qadınlar arasında yarımarafon yürüşündəki ən yaxşı nailiyəti yeniləyib.

Keniyalı idmançı 21 km məsafəni 1 saat 4 dəqiqə və 2 saniyəyə dəf edərək öncəki dünya rekordunu 29 saniyə tezləşdirib.

Qeyd edək ki, bu məsafədə qadınlar arasında əvvəlki rekordun müəllifi efiopiyalı qaçışçı Ababel Yeşaneh olub.