SON DƏQİQƏ:

Bakıda evə basqın edən maskalı şəxslər saxlanılıblar - FOTO + VİDEO

  27084   |  
Şriftin ölçüsü  

Bakı şəhəri, Xətai rayonu ərazisində yerləşən evlərdən birində qadına qarşı quldurluq edilib.

Daxili İşlər Nazirliyindən Adalet.az-a verilən məlumata görə, zərərçəkən şəxs Xətai Rayon Polis İdarəsinin 35-ci Polis Bölməsinə müraciət edərək bildirib ki, 19 aprel 2021-ci il tarixində gecə saat 03 radələrində yaşadığı mənzildə tək olan zaman üzlərində maska olan naməlum şəxslər evin giriş qapısının açıq olmasından istifadə edərək mənzilə daxil olublar. Daha sonra həmin şəxslər onun boğazından tutaraq həyat və sağlamlığı üçün təhlükəli zorakılıq tətbiq edəcəyi ilə hədələyib pul və qızıl-zinət əşyaları tələb ediblər. Bu zaman qadın yataq otağında pulun yerini göstərəcəyi bildirərək orada quraşdırılan siqnalizasiya sistemini işə salıb. Yaranan səsdən sonra həmin şəxslər qaçaraq mənzili tərk ediblər. Hadisə yerindən uzaqlaşan zaman onlar qadının 1500 manat pulunu da götürüblər.

Məlumat daxil olan kimi Xətai Rayon Polis İdarəsinin və 35-ci Polis Bölməsinin əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib. Evin yerləşdiyi ünvanda zəruri əməliyyat-istintaq hərəkətləri icra edilib. Həyata keçirilən təxirəsalınmaz axtarış tədbirləri nəticəsində qeyd edilən hadisəni törətməkdə şübhəli bilinən Elman Şahmuradov Sumqayıt şəhəri, Kənan İsmayılov isə Ceyranbatan qəsəbəsi ərazisində saxlanılaraq istintaqa təqdim ediliblər. Hər iki şəxs ifadələrində törətdikləri cinayəti etiraf ediblər.

Araşdırma zamanı həmçinin müəyyən edilib ki, Kənan İsmayılov zərərçəkən qadının yaxın qohumudur və onun təklifindən sonra hər iki şəxs qeyd edilən hadisəni törədiblər

Faktla bağlı Xətai Rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin 181.2.3-cü (Quldurluq, yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz olaraq girməklə törədildikdə) maddəsi ilə cinayət işi başlanılıb, istintaq tədbirləri davam etdirilir.

Dosta Göndər :

  

SON XƏBƏRLƏR

2021-05-15
2021-05-14

Video

Yazarlar

MARAQLI

DÜNYA

ƏDALƏT BU GÜN
May: 08, 06, 04, 01,
April: 29, 27, 24, 22, 20, 17,

Redaktor seçimi

FOTOREPORTAJ

GÜNÜN SİTATI

SORĞU

Azərbaycanda futbol var?

ÇOX OXUNAN

GÜNÜN LƏTİFƏSİ

Futbol üzrə Avropa çempionatının qrup mərhələsi. Portuqaliya  -Azərbaycan. Oyunun 17-ci dəqiqəsi, hesab 2 -0 -dı, Ronaldo vərimə zərbəsi vurmağa hazırlaşır. Baş məşqiçi Brayze oyunçulara tapşırıqlarını verir, yığmamızınoyunçuları cərimə meydanşadında canlı sədd qurublar,  hamı topa baxır, Bədavi Hüseynov əksinə öz qapımıza baxır.

Kapitan Maksim Medvedev:

- Bədavi hara baxırsan? üzünü çevir.

Bədavi:

 - Siz hara baxırsınız -baxın, mən qolu görmək istəyirəm.

ARXİV

TƏQVİM

FACEBOOK