SON DƏQİQƏ:

Gəncə Dövlət Dram Teatrı Beynəlxalq festivalda Fəxri Fərmanla təltif olunub

  25461   |  
Şriftin ölçüsü  

Gəncə Dövlət Dram Teatrının səhnələşdirdiyi Nizami Gəncəvinin “Xəmsə” ədəbi-bədii kompazisiyası qardaş Türkiyə Cümhuriyyətində keçirilən “Onlayn Tamaşalar Festivalı"nda Fəxri Fərmanla təltif olunub. Bu barədə teatrın Ədəbi-hissə müdiri, teatrşünas-tənqidçi Anar Burcəliyev məlumat verilib. Onun sözlərinə görə, bu festivalda Azərbaycan teatrını iki dövlət teatrı təmsil edib, bunlardan biri də Gəncə Dövlət Dram Teatrı olub. Anar Burcəliyev bildirib ki, "Teatr “Xəmsə” ədəbi-bədii kompazisiyası ilə festivala qatılaraq Fəxri Fərmanla mükafatlandırılıb. Nizami Gəncəvinin 880 illiyi ərəfəsində hazırlanan layihənin rəhbəri teatrın direktoru, Əməkdar mədəniyyət işçisi Əli Qasımovdur". Teatrın Ədəbi-hissə müdiri, teatrşünas-tənqidçi Anar Burcəliyev həmçinin bildirib ki, "Türkiyə Cümhuriyyətinin Maltəpə və Sarıyer Bələdiyyə teatrlarının bədii rəhbərləri Kubilay Erdelikara və Gökhan Buludun təşkilatçılığı ilə 27 mart - 25 aprel tarixlərində “Uluslarası Kısa Performanslar Festivalı” keçirilib. Festivalda 12 ölkə və 15 şəhər teatrlarının tamaşaları nümayiş etdirilib. Tamaşalar onlayn rejimdə hər həftənin bazar günləri festivalın YouTube və Facebook hesabları üzərindən yayımlanıb".

 

Dosta Göndər :

  

SON XƏBƏRLƏR

2021-06-19
2021-06-18

Video

Yazarlar

MARAQLI

DÜNYA

ƏDALƏT BU GÜN
May: 27, 25,

Redaktor seçimi

FOTOREPORTAJ

GÜNÜN SİTATI

SORĞU

Azərbaycanda futbol var?

ÇOX OXUNAN

GÜNÜN LƏTİFƏSİ

Zahid Oruc Brüsseldə oteldə istirahət edir.

Qəflətən yaylım atəşi açılır, ardınca ikinci, üçüncü...

Zahid müəllim həyəcanla vestübülə düşür və otelin işçilərindən nə baş verdiyini soruşur. Otelin administratoru:

- Ser, ABŞ prezidenti Co Bayden Brüsselə gəlib, ona görə atırlar.

Zahid müəllim təəcüblə:

- Nədi, birinci dəfədən vura bilmədilər?

ARXİV

TƏQVİM

FACEBOOK