adalet.az header logo
  • Bakı 8°C
  • USD 1.7
16 Iyun 2021 14:19
38088
ŞOU-BİZNES
A- A+

Model Səmradan ilginc açıqlama: Qız-qıza öpüşürük...

 "Modellik sənətdir, incə sənətdir. Model olmasa, rəssam rəsmini, dərzi libasını, fotoqraf sərgisini nümayiş etdirə bilməz. Nə rəssam, nə dərzi, nə də fotoqraf qarşısında əsla soyunmaqdan utanmadım" deyən və göstərən tanınmış model Səmra Hüseynova bu dəfə başqa bir açıqlamanı verib. O hətta kameralar qarşısında öpüşməkdən də utanmadığını dolayısı ilə ortaya qoyub.

"Sezurasız Show news" verilişində qonaq olub.

Adalet.az xəbər verir ki, Səmra veriliş zamanı açıqlamaları ilə gündəm yaradıb. O, veriliş zamanı aparıcıya göndərilən xanımla intim görüntülərindən danışıb:
"Həmin vaxtı içkiliydim. Piyan olanda da adam bilmir nə etdiyini. Qız-qıza öpüşürük normaldı nə var ki, burda. Mənə xanımlardan daha çox təkliflər gəlir. Qadınlar mənə daha çox dəyər verir nəinki kişilər. Oğlanlar həmin dəqiqə yataq istəyir".

Daha sonra aparıcı modelə həmin görüntüləri göstərərək "bu xanıma niyə yox demisən?" sualını ünvanlayıb. O, isə cavabında "İstədyimi eləmədi ona görə" cavabını verib.
Daha sonra əlavə edib ki, "Mən həmişə arzu etmişəm ki, dəniz kənarında evim olsun və
bir rəqfiqəm olsun ömür boyu yaşayım onunla".

Qeyd edək ki, Səmra Hüseynova "Miss Azərbaycan-2019" titulunun sahibidir.

 Əntiqə Rəşid