adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7
16 Iyun 2021 14:46
24533
GÜNDƏM
A- A+

ƏRDOĞANA BAĞIŞLANAN QARABAĞ ATI 

Düzdür,  ərəb atı  boy-buxununa görə Qarabağ atından gözəgəlimlidi.  Qısa məsafədə Qarabağ atını keçə bilir. Amma uzun məsafədə Qarabağ atı ərəb atına deyir ki, sən burda gözlə, mən bir Şuşaya dəyib  gəlirəm. Qıvraqdı. Əsl döyüş atıdı. İnsan kimi çevikdi və qılınc zərbələrinin altından çıxa bilir. Üstündəki  igidlə birgə döyüşür, düşməni  odlu ağzıyla  parçalayır. Ön ayaqları ilə şahə qalxıb  düşmənlə vuruşur.  Çox qədim tarixə malikdir. Qarabağa da Çingiz xan, daha sonra isə Əmir Teymur tərəfindən gətirilib.

Qaşovlayandan sonra gün işığına çıxarılanda üstündə 20 qəpiklik  boyda  qızıl pullar görünür balıq kimi.

Hazırda Qarabağ atları Ağcabədidə yetişdirilir.

Cənab Prezident 28 mayda Ağdamın təməlini qoyanda   bildirdi ki, Ağdamda  yeni bir Atçılıq zavodu istifadəyə veriləcək. Özü də əvvəlki ərazidə, yəni Göytəpədə, inşallah.

Və Şuşada cənab Prezident  sayın Ərdoğana  «Zəfər» adlı təmizqanlı bir Qarabağ atı bağışladı. At igidin yaraşığıdır. Ərdoğan da igid bir şəxsiyyətdir.