SON DƏQİQƏ:

 İsrailin sabiq nazirinin dediyi “Kibutizm”  üslubu nədir? - Dilçi alimdən açıqlama

  33566   |  
Şriftin ölçüsü  

İsrailin keçmiş rabitə naziri Ayoub Kara Azərbaycana səfər edib.Keçmiş nazir Azərbaycanın Qarabağın bərpasında ölkəsinin vaxtilə istifadə etdiyi "Kibbutizm" üsulundan yararlanmasını təklif edib. Bu üsul hamının bacardığı qədər öz ölkəsinə kömək etməsini nəzərdə tutur.
A.Kara həmçinin bərpa prosesində İsrailin Azərbaycana kömək edə biləcəyini istisna etməyib:
"Ümid edirəm ki, Azərbaycanın bu bölgəni yenidən inşa etməsinə kömək edə bilərik, beləliklə azərbaycanlı qaçqınlar kəndlərinə və şəhərlərinə qayıda bilərlər. Minaların təmizlənməsinə kömək məqsədi ilə İsrail şirkətlərini göndərməliyik. Bölgəni yenidən qurmaq üçün azərbaycanlılara doğru texnologiya təklif edə bilərik", - deyə o qeyd edib.
Səfər çərçivəsində A.Kara tikilməkdə olan İtaliya-İsrail südçülük fabrikini ziyarət edib.



“Kibutizm” nədir ? Dilçi alim açıqlayır...

 

 

Dilçi alim filologiya üzrə fəlsəfə doktoru Əbülfəz Əzimli  Adalet.az saytının “Kibbutizm" nədir sualını cavablandırıb .  O bildirib ki, bu bir yəhudi sözü olub: “İbranicə, "icma" və ya "birlikdə" mənasını verir. İsrailin icma məskənlərinə verilən addır. İsrail dövlətinin qurulmasında mühüm təsirləri olub. Sosializmlə Sionizmi praktik şəkildə birləşdirən kibutizm İsrail təcrübəsi və tarixin ən böyük kollektiv ictimai hərəkatlarından biridir.
İstehsalda kibutizm "hər kəs öz qabiliyyətinə görə kömək etməlidir" prinsipi ilə hərəkət edir. İstehlakda bu prinsip hər kəsin ehtiyacına uyğun olur. Əsas ehtiyaclar mərkəzləşdirilmiş strukturlar vasitəsilə hazırlanmış xidmətlər şəklində yerinə yetirilir.

 

 

Doktor onu da söylədi ki,  bu üslubun yaranmasında və inkişafında bir sıra filosovların əməyi olub:”Kibutz, Saint Simon, Proudzon, Robert Oven və Martin Buber kimi 19-cu əsr filosoflarının təsiri altında inkişaf etmişdir. Kibutizm, yəhudiliyin tarixi böhranını, zülmə və zalıma qarşı müstəqillik qazanmaq və Fələstində yaşamaq kimi iqtisadi ehtiyacları əks etdirir.

Ə.Əzimli sonda vurğuladı i, ilk kibutz 1909-cu ildə quruldu:” Bu gün 1000 nəfər əhalisi olan təxminən 250 kibbut var. Bu, İsrail əhalisinin 3% -ni təşkil edir” .

Əntiqə Rəşid

 

Dosta Göndər :

  

SON XƏBƏRLƏR

2021-09-22
2021-09-21

Video

Yazarlar

MARAQLI

DÜNYA

ƏDALƏT BU GÜN
September: 18, 11, 04
August: 28, 21, 14, 07,
July: 31 24, 17,

Redaktor seçimi

FOTOREPORTAJ

GÜNÜN SİTATI

SORĞU

COVİD 19 peyvəndi vurdurmusunuz?

ÇOX OXUNAN

GÜNÜN LƏTİFƏSİ

Vasif Quliyevin kefi yuxarıdı, sanki səmalarda uçur. Aqil Abbas:

- Vasif, xeyir ola, genə göylərdə uçursan?

Vasif müləllim:

- Qağa neyniyim, "Parıament" siqareti cəkirəm, amma parlamentə düşə bilmirəm. "Prezident" yağı yeyirəm, prezident ola bilmirəm. Bircə

 "Vozdux" arağı real kömək edir, içən kimi havalarda uçuram.

ARXİV

TƏQVİM

FACEBOOK