adalet.az header logo
  • Bakı 23°C
  • USD 1.7
15 Iyul 2021 16:05
176202
MARAQLI
A- A+

Özündən 3 dəfə böyük və ağır olan adamı daşıyan qız - FOTOQALEREYA

1. Foto 1940-cı ildə Kaliforniyada çəkilib.

8 yaşlı cəmi 29 kq kütləli Patricia O'Keefe çimərlikdə özündən böyük və 3 dəfə ağır olan gimnastika partnyoru 90 kq kütləli Wayne Longu belində daşıyır.

Qeyri-adi görüntüdür. Qadın-kişi fərq etmədən "mümkünsüz"ü bacarmağı ifadə edir.

 

2. Bu qadının adı İman Abdulməciddir. Model və aktrisa işləyir. Maraqlısı odur ki, qadının 65 yaşı var.

3. Şotlandiyalı rəssam Paul Cadden təkcə karandaş və təbaşirdən istifadə edərək möhtəşəm ağ-qara hiperrealistik rəsm əsərləri yaradır. Rəssam hər rəsm əsərlərinə təxminən 3-6 həftə vaxt ayırır və ildə orta hesabla 7 əsər yaradır. Çox vaxt bu rəsmlər küçələr və insanlarla bağlı olur. Əlavə olaraq, Paul Cadden 3D işlərlə də məşğuldur.

Fotoda gördüyünüz rəsm əsərinin adı “Detroyt”dur. (Detroyt - ABŞ-da şəhər). Paulcadden/com saytına girib adamın başqa realistik işlərinə də baxa bilərsiniz.

4. Beynimizdə yerləşən badam formalı bu 2 nöqtə amiqdala adlanır və onların fəaliyyəti çox önəmlidir. Amiqdalamız olmasa, başımıza gələn hadisələr zamanı heç bir emosiya hiss etmərik: Qorxu, əsəb, xoşbəxtlik, təəccüb və s. - heç nə. Amiqdalasız heç bir həvəs və duyğumuz da olmaz.

İnsan qorxu hissləri olmadan yaşaya bilməz. Çünki həyat üçün təhlükə hesab olunan şeylər onu qorxutmaz və təhlükələrdən çəkindirməz. Bu halda o təhlükələr insanın ölümünə səbəb ola bilər.

 

Eminquey