adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
21 Iyul 2021 19:00
20598
HADİSƏ
A- A+

Göygöldə 2 avtomobil toqquşdu: xəsarət alan var

Bakı-Qazax avtomobil yolunun Göygöl rayonu ərazisindən keçən hissəsində yol-nəqliyyat hadisəsi baş verib. 

Adalet.az xəbər verir ki, "Hyundai" və "Chevrolet" markalı avtomobillərin toqquşması nəticəsində, 1971-ci il təvəllüdlü Məlahət Quliyeva xəsarət alıb. Gəncə şəhərindəki xəstəxanaların birinə yerləşdirilən qadının vəziyyəti orta-ağır qiymətləndirilir.

Faktla bağlı araşdırmalara başlanılıb.