adalet.az header logo
  • Bakı 23°C
  • USD 1.7
23 Iyul 2021 18:46
21694
SAĞLAMLIQ
A- A+

Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 45 734 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Adalet.az-a verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 13 720, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 32 014 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 4 461 701, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 2 616 230, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 1 845 471 təşkil edir.