adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7
28 Iyul 2021 11:15
23170
ANALİZ
A- A+

Ermənistan qərar versin: Həyatda qalmaq, yoxsa cilik-cilik olmaq?

Erməni təxribatı dinmək bilmir. 10 noyabr bəyannaməsindən keçən uzun müddət ərzində Xankəndidə və eyni zamanda Rusiya sülhməramlılarının nəzarət etdiyi digər ərazilərdə qanunsuz erməni silahlı qruplaşmalarının, terror dəstələrinin törətdiyi qanlı hadisələrin sayı-hesabıpik həddə çatıb  

Adalet.az xəbər verir ki, 8 ay müddətində təxribatçılar haqqında ərazidə məsul olan Rusiya sülhməramlılarının susması, daha dəqiq heç bir reaksiya göstərməməsi başqa bir yazının mövzusu olsa da, bunu demək yerinə düşər ki, belə münasibət hər gün bir az tərəflər arasında gərginliyi artır ki, bu da gələcəkdə yaxşı nəticə verməyəcəyi gün kimi aydındı.

 

 Bu gün ki, təxribat sonuncu damla ola bilər  

 

 

İyulun 28-i saat 00:50 radələrindən başlayaraq, Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonu ərazisindəki müxtəlif istiqamətlərdə yerləşən döyüş mövqelərindən Azərbaycan Ordusunun Kəlbəcər rayonu ərazisindəki mövqelərini atıcı silahlar və qumbaraatanlardan növbəti dəfə intensiv atəşə tutub.

Qarşı tərəfdən açılan atəş nəticəsində iki hərbi qulluqçumuz - Əliyev Sadiq Nizami oğlu və İmranlı İmran Dilqəm oğlu yaralanıb. Yaralılara ilkin tibbi yardım göstərilib, onların həyatları üçün təhlükə yoxdur.

Azərbaycan Ordusunun bu istiqamətdə yerləşən bölmələri tərəfindən adekvat cavab tədbirləri görülür.

Nazirlikdən bildirilib ki, iki ölkənin dövlət sərhədi boyunca gərginliyin artırılmasına görə bütün məsuliyyət tam şəkildə Ermənistanın üzərinə düşür.

 

Çarə var: Danışıqlar başlasın!

 

 Həmin an sual doğur? Hansı tədbiri görmək lazımdır? Əlbəttə ki, ilk öncə tərəflər bir masa arxasında oturub mümkün variantları müzakirə edib, müəyyən bir qərara gəlməlidirlər

Yəqin ki, səbəbdən Müdafiə Nazirliyinin Kəlbəcərdəki gərginliklə bağlı məlumat yayıb. MN də yaydığı  məlumatda təxminən eyni fikirləri bildirib:”Ermənistanın hərbi-siyasi rəhbərliyini iki ölkənin dövlət sərhədində hərbi avantüra məqsədi daşıyan təxribatlar və vəziyyəti qəsdən gərginləşdirmək əməllərindən çəkinməyə və sivil qaydada dövlət sərhədinin delimitasiyası üzrə danışıqlara başlamağa çağırırıq”.

 Əgər Ermənistan bu çağrıya müsbət münasibət göstərməyib, masa arxasına keçməkdən imtina edərsə,  o zaman 44 günlük müharibədə nəyə qadir olduğunu ortaya qoyan rəşadətli Azərbaycan ordusu da, Müzəffər Ali Baş Komandan da  Ermənistan hökumətini masaya oturtmağın yollarını bilir vətətbiq edəcəyinə də şübhəniz olmasın!

  

 Erməni mediası “Danışıqlardan imtina”nın nə ilə nəticələndiyini təxmin edir

 

Azərbaycan, Rusiya və Ermənistan müdafiə nazirlərinin bu gün Moskvada görüşü gözlənilir. Bu barədə erməni mediası rəsmi mənbələrə istinadla məlumat yayıb.

Qeyd edək ki, 26 iyulda Rusiya müdafiə naziri Sergey Şoyqu Ermənistan müdafiə naziri əvəzi, müdafiə nazirinin birinci müavini Arşak Karapetyanla telefonla danışmışdı. Ötən gün isə A.Karapetyan S.Şoyqu ilə görüş üçün Moskvaya getmişdi.

Şoyqu ilə Karapetyan arasında ötən gün qapalı görüş keçirilib və müzakirənin detalları mediaya açıqlanmayıb.

Azərbaycan MN bugünkü görüşlə bağlı hər hansı rəsmi açıqlama yaymayıb.

 Erməni mediası kimi Ermənistan hökümətinin də narahat olacağnı “Danışıqlardan imtina” kimi bir ağılsızlıq edəcəyini ümid etmirik. Qafqazda yenidən müharibə ocağının alovlanması  Ümum Qafqaza, eləcə də Azərbaycana sərf etmədiyi kimi. yəqin ki 44 günlük müharibədən şil-şülküt çıxmış Ermənistana da sərf etməyəcək.

 

 Qeyd edək ki, ermənilərin Kəlbəcər istiqamətində təxribatı davam edir. Səhər saatlarında erməni təxribatı nəticəsində Ordumuzun iki əsgəri yaralanıb. Ermənistan MN isə 3 əsgərinin məhv edildiyini, ikisinin yaralandığını rəsmən elan edib.

 P.S. Bu artıq sübuta ehtiyacı olmayan aksiomadır ki, Ermənistan höküməti hər dəfə atdananda, zərərlə yerə düşüb... “Düşüb” sözü yüngül söz oldu: Yəni, hər atdananda yerə, “daş”a, “çınqıl”a dəyib cilik-cilk olub. Sonuncu atdanmağından çəkinsin, çağrışa gəlsin!

 Əntiqə Rəşid

 

Digər Xəbərlər