adalet.az header logo
  • Bakı 11°C
01 Avqust 2021 14:23
29092
HADİSƏ
A- A+

Bekir Pakdemirli: "Bodrum yanğını nəzarətdə, 5 meşə yanğını isə..."

Türkiyənin qərbindəki Bodrum şəhərində meşə yanğını nəzarət altına alınıb.

Adalet.az xəbər verir ki, bu barədə Türkiyənin Kənd və meşə təsərrüfatı naziri Bekir Pakdemirli Tvitter hesabında bildirib.

"Bodrumda yanğın nəzarət altına alındı. Soyutma işləri gedir", - deyə nazir qeyd edib.

Bundan əlavə, son günlər Türkiyədə 100-dən çox meşə yanğını söndürülüb.

Bu barədə də Bekir Pakdemirli özünün Tvitterdəki hesabında qeyd edib.

O bildirib ki, hələlik Antalya və Muğlada 5 yanğına nəzarəti ələ almaq mümkün olmayıb:

"İyulun 28-dən avqustun 1-dək 107 meşə yanğını nəzarət altına alınıb. Antalyada (Manavqat, Gündoğmuş) və Muğlada (Marmaris, Göycegiz və ilas) 5 meşə yanğını davam edir".