Dünya çempionu Bakıda heroinlə həbs edildi
Universal-döyüş və digər idman növü üzrə dünya və Avropa çempionu Xəyyam Səfixanov həbs olunub.
Bu barədə Daxili İşlər Nazirliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev deyib.
O bildirib ki, idmançı narkotik maddələrin qanunsuz dövriyyəsində şübhəli bilinərək Sabunçu rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.
Axtarış zamanı onun üzərindən heroin, metanfetamin və tramadol həbi aşkar edilib.
Faktla bağlı Sabunçu rayon Polis İdarəsində cinayət işi başlanılıb və X.Səfixanov barəsində həbs qətimkan tədbiri seçilib.
Digər Xəbərlər
24 Aprel 2024 11:16