SON DƏQİQƏ:

Zaur Əliyevdən Hacı Şahinə SƏRT TƏPKİ

  388   |  
Şriftin ölçüsü  

Qafqaz Müsəlmanları İdarəsinin Nəsimi rayonu üzrə nümayəndəsi Hacı Şahin Həsənliyə

Hörmətli Hacı Şahin

Mütamadi olaraq Azərbaycan dövlətinə qarşı aqressiv və hədə qorxu gələn, əksər hallarda çıxışlarında dövlətimizə qarşı təhqirlər belə səsləndirən, ərazi bütövlüyümüzə və ən pisi milli kimliyimizi hədəf seçən İran İslam Respublikasının din xadimlərinə qarşı susmağınızı başa düşmürəm. Siz işçisi olduğunuz Qafqaz Müsəlmanları İdarəsindən və onun rəhbərliyindən qorxursunuz yoxsa İran rəhbərliyindən.

İzn verin sizə bir az İslamda Vətən anlayışı barədə bir neçə məlumat verim.

Məlumunuz olsun ki, İslam – həqiqət və müdriklik dinidir. Bu din müsəlmanları vəhdətə və birliyə çağırır və camaatdan ayrılmış qruplaşmalardan və fitnədən uzaq durmağı əmr edir. Odur ki, müsəlman öz həmvətənləri ilə əlaqə saxlamalı , onlarla bir olmağa doğru can atmalı və öz aralarında yardımlaşma bağlarını möhkəmləndirməlidir. Bir sözlə İslam dininə müvafiq olaraq, müsəlman öz ölkəsinin təhlükəsizliyini və sabitliyini təhdid altına salan daxili və xarici təşkilatlarla əməkdaşlıqdan çəkinməlidir. Belə təhdid olacağı təqdirdə isə susmamalıdır.

Qurani Kərimi oxumusunuz. İslamda vətən anlayışı Quran etibarilə "ərz", "bələd", "bəldə", "diyar" , hədislərdə isə bizim dilimizdə də işlədildiyi kimi "vətən" şəklində ifadə olunmuşdur. Bu o deməkdir ki, İslamın insandan tələb etdiyi ilk iş yaşadığı məkanını, vətənini abadlaşdırmaqdır. Bu barədə Hud surəsinin 61- ci ayəsində belə buyurulur: "Sizi torpaqdan yaradan, orada həyat verən və oranı abadlaşdırmağınızı istəyən Odur"

Bilirsiniz İmam Əli (ə) nə deyir?: ""Ölkələr vətən sevgisi ilə abad olar"

Yaxud İmam Əli (ə) nəslindən olan İmam Zeynülabidin (ə) -in etdiyi duada nə deyir : "Allahım bizə ruzi bolluğu və vətənimizin əmin amanlığını bəxş et!"

Hörmətli Hacı Şahin

Bilirsiz Azərbaycanda və dünyada elə dini təriqətlər var ki, onlar “vətən” anlayışını qəbul etməyərək özlərini yalnız müəyyən islami camaatlara və ya təşkilatlara aid edir və bununla da onların rəhbərlərinə və idarəçilərinə tam sadiq olurlar. Bu cür insanları milli kimlik və dövlət mənsubiyyəti maraqlandırmır. Əksinə, onlar vətəndaşları olduqları doğma müsəlman ölkəsini öz vətəni hesab edən hər kəsi qınayır və onlara nifrət bəsləyirlər.

Mən sizin susmağınızdan belə başa düşürəm ki, siz də deyəsən bunlara aiddsiniz. Bilirsiz susmaqla siz nə qədər özünüzü Vətəndən kənarda tutduğunuz görünür. SİZİN bu DÜŞÜNCƏNİZ “islam siyasəti” (əs-siyəsə əş-şəriə) prinsiplərinə ziddir. Çünki, İslam müasir müsəlman dövlətləri zəminində vətən və vətənpərvərlik anlayışları nəinki inkar etmir, əksinə, təsdiq və izah edir.

Son olaraq sizə bildirmək istəyirəm ki, mən İslam dini mövzusunda sizin qədər dərin biliyim olmasa da Vətən və onu necə sevməyi, düşmənə cavab verməyi qat qat sizdən yüksək bilirəm.Allah Quran ayələri, Peyğəmbər (s) vasitəsilə vətəni qorumağı şəri bir vəzifə kimi bizə göstərmişdir.

Vətəni qorumaq və lazım olduğu zaman onun uğrunda vuruşaraq ölmək İslami vəzifələrin ən vaciblərindən biridir..Çünki din,namus və müstəqillik kimi müqəddəs şeylər yalnız vətən sayəsində mühafizə edilə bilər.

Və son olaraq Peyğəmbər (s) bir kəlamını yadınıza salım

"Hubbul- vətəni minəl- iman" yəni "vətəni sevmək iman əlamətlərindəndir"

Və əgər Siz İran din xadimlərinin cavabını vermək əvəzinə susmağı üstün tutacaqsınızsa indidən səfinizi bəlli edin.!

Hörmətlə;

Dosent Zaur Əliyev

Dosta Göndər :

  

SON XƏBƏRLƏR

2021-10-21
2021-10-20

Video

Yazarlar

MARAQLI

DÜNYA

ƏDALƏT BU GÜN
October: 21 19 16 14 12 09 07 05 02
September: 25

Redaktor seçimi

FOTOREPORTAJ

GÜNÜN SİTATI

SORĞU

COVİD 19 peyvəndi vurdurmusunuz?

ÇOX OXUNAN

GÜNÜN LƏTİFƏSİ

Vasif Quliyevin kefi yuxarıdı, sanki səmalarda uçur. Aqil Abbas:

- Vasif, xeyir ola, genə göylərdə uçursan?

Vasif müləllim:

- Qağa neyniyim, "Parıament" siqareti cəkirəm, amma parlamentə düşə bilmirəm. "Prezident" yağı yeyirəm, prezident ola bilmirəm. Bircə

 "Vozdux" arağı real kömək edir, içən kimi havalarda uçuram.

ARXİV

TƏQVİM

FACEBOOK