SON DƏQİQƏ:

Masallıda oğurluq edən şəxs tutuldu

  1396   |  
Şriftin ölçüsü  

Masallıda gecə saatlarında evdən və mağazalardan oğurluq edən şəxs saxlanılıb.

DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Adalet.az-a verilən məlumata görə, Masallı rayonunun Ətcələr kəndində yerləşən yaşayış evlərindən birindən 1000 manat, 100 ABŞ dolları, qızıl üzük, 2 ədəd təqaüd kartı və müxtəlif sənədlərin oğurlanması ilə bağlı polisə müraciət daxil olub.

Masallı Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən rayon sakini, əvvəllər məhkum olunmuş F.Həbibov saxlanılıb. F.Həbibovun ətrafında aparılan əlavə əməliyyat tədbirləri ilə onun digər oğurluq əməllərinin də üstü açılıb. Belə ki, həmin şəxsin 2 mağazadan gecə saatlarında ümumlikdə 275 manat nağd pul və əlavə olaraq tütün məmulatları oğurladığı müəyyən edilib.

Faktlarla bağlı araşdırma aparılır.

Dosta Göndər :

  

SON XƏBƏRLƏR

2021-12-03

Video

Yazarlar

MARAQLI

DÜNYA

ƏDALƏT BU GÜN
December: 04
November: 27 20 13 06 04 02
October: 30 28 26

Redaktor seçimi

FOTOREPORTAJ

GÜNÜN SİTATI

SORĞU

COVİD 19 peyvəndi vurdurmusunuz?

ÇOX OXUNAN

GÜNÜN LƏTİFƏSİ

Vasif Quliyevin kefi yuxarıdı, sanki səmalarda uçur. Aqil Abbas:

- Vasif, xeyir ola, genə göylərdə uçursan?

Vasif müləllim:

- Qağa neyniyim, "Parıament" siqareti cəkirəm, amma parlamentə düşə bilmirəm. "Prezident" yağı yeyirəm, prezident ola bilmirəm. Bircə

 "Vozdux" arağı real kömək edir, içən kimi havalarda uçuram.

ARXİV

TƏQVİM

FACEBOOK