adalet.az header logo
  • Bakı 7°C
18 Oktyabr 2021 14:38
2393
ŞOU-BİZNES
A- A+

100 milyard dollarlıq sərvəti olan ailə: 65 yaşında boşanan ata, ərəbə ərə gedən qızı - FOTOLAR

“Microsoft” şirkətinin sahibi, milyarder Bill Qeytsin varidatı son 3 ildir  100 milyard dolları ötüb.

Bu, “Microsoft”un səhmlərinin qiymətinin artması ilə izah edilir. Hazırda Bill Qeyts dünyanın ən zəngin insanlarının siyahısında ikinci yeri tutur.

“Amazon” internet şirkətinin qurucusu Ceff Bezos liderdir. Onun sərvəti 153,2 milyard dollar təşkil edir.

Bill Qeyts 1996-dan 2007-ci ilədək və 2009-dan 2016-cı ilədək planetin ən zəngin insanı adına layiq görülüb. O, 2008-ci ilin iyununadək “Microsoft”un direktoru olub, indi isə direktorlar şurasının sədri vəzifəsində çalışır.

 Bahalı ailədən xəbər var

Adalet.az  xarici mediaya istinadən xəbər verir ki, Bill Qeytsin böyük qızı Cennifer sevgilisi Nael Nassara ərə gedib. Cütlüyün toyu iki gün davam edib. Onlar müsəlman adət-ənənələri ilə nikah bağlayıb. Buna səbəb Naelin əslən misirli olması olub.

Mərasim Nyu-Yorkda Qeyts ailəsinə məxsus malikanəsinin bağçasında baş tutub. Toyun ikinci günündə 300 qonağın qatıldığı şənlik təşkil edilib. Məclis müsəlmanların müqəddəs günü sayılan cümə günü keçirilib.

Toy cütlüyə təxminən iki milyon dollara başa gəlib. Gizli təşkil olunan mərasim paparatsilərin obyektivinə uzaqdan da olsa tuş gələ bilib.

Qeyd edək ki, Bill Qeytslə 2 ay bundan əvvəl 27 illik həyat yoldaşı Melinda Qeytsdən boşanıb. İkilinin 3 övladı var..

 

Əntiqə Rəşid