SON DƏQİQƏ:

Koronavirusun yeni mutasiyaları daha yoluxdurucudur - ƏHALİYƏ ÇAĞIRIŞ

  258   |  
Şriftin ölçüsü  

“Hazırda dünyada, xüsusilə bizim regionda və Azərbaycanda yoluxma dinamikasında artımı nəzərə alaraq, insanların sosial məsafə, qapalı məkanlarda mütləq maskadan istifadə, gigiyenik qaydalara əməl etməsi və peyvənd olunması tövsiyə olunur”.

Bunu “Report”a açıqlamasında həkim-infeksionist Səxavət Xəlilli deyib.

Onun sözlərinə görə, zaman keçdikcə vurulan peyvəndin qoruyuculuğunda azalma olur və buna görə də ikinci dozadan, təxminən, beş ay sonra buster (qüvvətləndirici) dozanın qəbulu ilə qoruyuculuğun dəfələrlə artması elmi araşdırmalarda sübut olunub:

“Buster dozanın daha uzunmüddətli qoruyucu olacağı düşünülür”.

“İngiltərədə elm adamları koronavirusun daha yoluxucu forması ola biləcək “AY.4.2” mutasiyasını izlədiklərini bildirirlər. Bu mutasiyanın dünyada yoluxmanın sürətlə artmasına səbəb olan “Delta” ştammından daha yoluxucu olduğu ehtimal olunur. İngiltərədə yoluxmanın çox olmasının və daha sürətlə artmasının səbəbi kimi “AY.4.2” mutasiyasının olması və yoluxanların 10 %-nin bu variantla yoluxduğu bildirilir. Xəstəliyin klinik əlamətlərində bu varianta spesifik olan hər hansısa fərqli simptom qeyd olunmur”, - mütəxəssis bildirib.

Qeyd edək ki, bir sıra ölkələrdə, o cümlədən qonşu Rusiyada COVID-19 infeksiyasının yeni “AY.4.2” mutasiyası qeydə alınıb. Həmin variantın “Delta” ştammı ilə müqayisədə daha yoluxdurucu olduğu, bir xəstənin təxminən doqquz nəfəri yoluxdura biləcəyi barədə məlumatlar var. Yeni mutasiyanın simptomlarının daha qısa vaxtda özünü büruzə verməsi COVID-19-la mübarizədə vaksinasiyasının əhəmiyyətini bir daha vurğulayır.

Dosta Göndər :

  

SON XƏBƏRLƏR

2021-12-01

Video

Yazarlar

MARAQLI

DÜNYA

ƏDALƏT BU GÜN
November: 27 20 13 06 04 02
October: 30 28 26 23

Redaktor seçimi

FOTOREPORTAJ

GÜNÜN SİTATI

SORĞU

COVİD 19 peyvəndi vurdurmusunuz?

ÇOX OXUNAN

GÜNÜN LƏTİFƏSİ

Vasif Quliyevin kefi yuxarıdı, sanki səmalarda uçur. Aqil Abbas:

- Vasif, xeyir ola, genə göylərdə uçursan?

Vasif müləllim:

- Qağa neyniyim, "Parıament" siqareti cəkirəm, amma parlamentə düşə bilmirəm. "Prezident" yağı yeyirəm, prezident ola bilmirəm. Bircə

 "Vozdux" arağı real kömək edir, içən kimi havalarda uçuram.

ARXİV

TƏQVİM

FACEBOOK