SON DƏQİQƏ:

“İrəli” İctimai Birliyi təcrübə proqramına start verir

  407   |  
Şriftin ölçüsü  

“İrəli” İctimai Birliyi gənclərin hərtərəfli inkişafı, professional iş mühitinə hazırlığı və yeni praktiki bilik-bacarıqlar qazanmasına dəstək olmaq məqsədilə 2021-ci il üzrə ikinci dəfə təcrübə proqramına start verir.

3 ay müddətində davam edəcək proqramda gənclər İnsan resursları katibliyi, Mətbuat katibliyi, Beynəlxalq əlaqələr katibliyi və Layihələrlə iş katibliyi üzrə seçdikləri sahədə yeni bilik və bacarıqlar əldə edəcək, o cümlədən Birliyin gördüyü işlərdə yaxından iştirak edərək ölkəmizdə fəaliyyət göstərən gənclər təşkilatlarının iş strukturu, gənclərlə işin prinsipləri, “Soft Skills”, ünsiyyət bacarıqları, korporativ etik kodeks, təlimçilik, qərar qəbul edilməsi, tənqidi düşüncə, layihələrin yazılması və idarə olunması, layihə büdcələrinin hazırlanması prosesləri ilə daha yaxından tanış olacaqlar.

Təcrübə proqramına 17-25 yaş aralığında, işində yüksək motivasiyalı, təşəbbüskar və komanda ilə işləmək bacarığına malik olan gənclər müraciət edə bilərlər.

Təcrübə proqramına seçilən gənclərin seçim prosesi müraciətlərin qəbulu və müsahibələrin keçirilməsi üzrə iki mərhələdə aparılacaq, 3 ay müddətində davam edəcək proqramını uğurla başa vurmuş gənclər şəhadətnamə ilə təltif olunacaqlar.

Təcrübə proqramı üzrə müraciətlər onlayn formatda həyata keçirilir.

Qeydiyyat üçün son gün 26 oktyabr 2021-ci il 18:00

QEYD: Təcrübə proqramı ödənişsiz əsaslarla həyata keçirilir.

Ətraflı məlumat və qeydiyyat üçün aşağıdaki linkə keçid edə bilərsiniz: https://ireli.az/irelintern/

Dosta Göndər :

  

SON XƏBƏRLƏR

2021-12-01

Video

Yazarlar

MARAQLI

DÜNYA

ƏDALƏT BU GÜN
November: 27 20 13 06 04 02
October: 30 28 26 23

Redaktor seçimi

FOTOREPORTAJ

GÜNÜN SİTATI

SORĞU

COVİD 19 peyvəndi vurdurmusunuz?

ÇOX OXUNAN

GÜNÜN LƏTİFƏSİ

Vasif Quliyevin kefi yuxarıdı, sanki səmalarda uçur. Aqil Abbas:

- Vasif, xeyir ola, genə göylərdə uçursan?

Vasif müləllim:

- Qağa neyniyim, "Parıament" siqareti cəkirəm, amma parlamentə düşə bilmirəm. "Prezident" yağı yeyirəm, prezident ola bilmirəm. Bircə

 "Vozdux" arağı real kömək edir, içən kimi havalarda uçuram.

ARXİV

TƏQVİM

FACEBOOK