SON DƏQİQƏ:

5 manata görə 102 ay həbs yatacaq 

  1237   |  
Şriftin ölçüsü  

Xətai rayonunda “Al Market”ə basqın edən 1991-ci il təvəllüdlü Orxan Bayramovun cinayət işi üzrə bir sıra məqamlar bəlli olub.

Oğurluq məqsədi ilə mağazaya daxil olan O.Bayramov kassadakı 1200 manat pulu oğurlamağa cəhd edib. Hadisə yerindən qaçmaq istəyərkən mağazanın müdir müavini onun qarşısını kəsərək pulları geri almağa çalışıb. Bayramov üzərindəki bıçaqla mağazadakı işçiləri hədələyib. Münaqişənin sonunda işçilər O.Byramovdan pulları almağa müvəffəq olublar. O, 1200 manatdan yalnız 5 manat götürə bilib və hadisə yerindən qaçıb.

Məhkəmədə dindirilən zaman məlum olub ki, təqsirləndirilən şəxs narkotik almaq üçün mağazadan pul oğurlamaq istəyib: “Ara-sıra narkotik istifadə edirəm. Həmin gün istifadə etmədiyinə görə bədənimdə ağrılar başlamışdı. Narkotik almağa pulum olmadığından yaxınlıqdakı “Al Market”ə girməyə qərar verdim. Kassada heç kəsin olmadığını görüb pulları oğurlamaq qərarına gəldim. Mağazadan çıxmaq istəyəndə işçilərdən biri qabağımı kəsdi. Məni tutan oğlan pulları əlimdən aldı. Məni buraxmaları üçün bıçağı çıxarıb bildirdim ki, yaxınlaşmasınlar, tez çölə çıxdım. Üzərimdəki bıçağı ağaclıq əraziyə tulladım. Bir az sonra evə polislər gəldi. Hadisə zamanı mağazadan heç bir məbləğdə pul götürməmişəm”.

Marketin müdir müavini Əlibala Orucov ifadəsində bildirib ki, hadisə vaxtı satıcı Zəfərlə piştaxtalara malların yerləşdirilməsi ilə məşğul olublar. Buna görə başları bir qədər qarışıq olub: “Zəfərə kassaya getməsini tapşırdım. Həmin vaxt mağazaya daxil olan hündürboylu bir oğlan kassaya yaxınlaşaraq pulları götürdü. Dərhal oğlanın arxasınca getdim, onun qarşısını kəsib pulları qaytarmasını tələb etdim. Oğlanın qaçmaq istədiyini hiss edib onu mağazanın içinə doğru itələdim. Əlini qapının çöl tərəfinə sıxdım və pullar yerə töküldü. Bu zaman oğlan bıçaq çıxardı, yerə tökülən pulları yığmaq istədi. Həmin vaxt Zəfər oğrunun əlindən pulları aldı, oğlan qaçıb getdi. DİN-nin “102” xidmətinə zəng vuraraq məlumat verdik. Oğlanın nə qədər pul aparmasını yoxlayarkən 5 manat əskik olduğunu müəyyən etdik. Heç birimiz xəsarət almadıq”.

Məhkəmədə mağaza rəhbərliyi və işçilər təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbləri olmadığını bildiriblər.

O.Bayramov Cinayət Məcəlləsinin 181.2.5-ci maddəsi ilə təqsirli bilinib. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə ona 8 il 6 ay azadlıqdan məhrumetmə cəzası verilib.

Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilib.

 

AYXAN

 

Dosta Göndər :

  

SON XƏBƏRLƏR

2021-12-01

Video

Yazarlar

MARAQLI

DÜNYA

ƏDALƏT BU GÜN
November: 27 20 13 06 04 02
October: 30 28 26 23

Redaktor seçimi

FOTOREPORTAJ

GÜNÜN SİTATI

SORĞU

COVİD 19 peyvəndi vurdurmusunuz?

ÇOX OXUNAN

GÜNÜN LƏTİFƏSİ

Vasif Quliyevin kefi yuxarıdı, sanki səmalarda uçur. Aqil Abbas:

- Vasif, xeyir ola, genə göylərdə uçursan?

Vasif müləllim:

- Qağa neyniyim, "Parıament" siqareti cəkirəm, amma parlamentə düşə bilmirəm. "Prezident" yağı yeyirəm, prezident ola bilmirəm. Bircə

 "Vozdux" arağı real kömək edir, içən kimi havalarda uçuram.

ARXİV

TƏQVİM

FACEBOOK