SON DƏQİQƏ:

Azər Həsrət: “Şəhid ailəsinin çox acınacaqlı duruma düşə biləcəyi real görünmür”

  505   |  
Şriftin ölçüsü  

Ötən gün Vətən müharibəsi şəhidi Sahib Həsənovun anası Vüsalə Məmmədovanın Gəncə Şəhər İcra Hakimiyyətinin binası qarşısında çoxsaylı dərman həbləri içərək intihara cəhd etdiyi bildirilir. Gəncə şəhər 3 saylı xəstəxanasına yerləşdirilən V.Məmmədovanın vəziyyəti normaldır. 

Məsələ ilə bağlı Gəncə Şəhər İcra Hakimiyyətindən verilən açıqlamada deyilir ki, şəhid anasının intihara cəhd etməsi ilə bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir: "V.Məmmədova növbəti qəbulla bağlı Gəncə Şəhər İcra Hakimiyyəti başçısı Aparatına gələrkən səhhəti pisləşib, dərhal Gəncə Şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib.

Vüsalə Məmmədovanın yaşayış sahəsinə ehtiyacı olan qismində mənzil uçotuna alınması məsələsinə Gəncə Şəhər İcra Hakimiyyəti başçısı Aparatı nəzdində Mənzil məsələləri üzrə İctimai komissiyada baxılıb və Gəncə Şəhər İcra Hakimiyyəti başçısının müvafiq Sərəncamı ilə şəhid ailəsi kimi mənzil uçotuna alınıb".

V. Məmmədovanın anası Almaz Məmmədova isə Gəncə Şəhər İcra Hakimiyyətinin açıqlamasını təkzib edib.Onun sözlərinə görə, intihara cəhdin səbəbi kirayə haqqını ödəyə bilməməkləridir.  O, qeyd edib ki, qızı dəfələrlə iş üçün müraciət etsə də, ona kömək edən olmayıb: "Kirayədə yaşayırıq. Qızım altı aydır ayaq döyür, deyirlər, get, iş yoxdur. Deyir heç olmasa, məni  İcra Hakimiyyəti qəbul eləsin, 1 metrlik yer alım, ailəmi dolandırım. Anam səhər ölsə, mənə kim baxacaq?..."

Daha sonra Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov şəhid anasını xəstəxanada ziyarət edib. Qadın üzləşdiyi problemi onun da diqqətinə çatdırıb. Bildirib ki, onu İcra Hakimiyyətində qəbul etməyiblər. Şəhid anası icra başçısı tərəfindən qəbul olunmağı xahiş edib. 

Bu xəbər ölkədə böyük rezonans yaradıb. Sosial şəbəkə istifadəçilərin əksəriyyəti Gəncənin İcra başçısını qınasa da, bu məsələnin sadə bir anlaşılmazlıq olduğunu deyənlər də var.  

Əməkdar jurnalist Azər Həsrət in sözlərinə görə,  dövlət şəhid ailələrinə həmişə böyük həssaslıqla yanaşıb, onların bütün qayğılarının az zamanda həll olunmasına çalışıb. Bu səbəbdən Gəncədəki olayın arxasındakı əsl həqiqətin ortalığa çıxarılması mütləqdir:

“İntihara cəhdi baş tutmasa da xoş bir hal deyil. Deyilir ki, onun bu həddə çatmasına səbəb imkansızlıq, kirayə haqqını ödəyə bilməməsidir. Üstəlik də Gəncə Şəhər İcra Hakimiyyətinin bu xanıma qayğısızlığı belə bir durumu ortaya çıxarıb. Əlbəttə, araşdırmadan nəyin nə – kimin haqlı, kimin haqsız olduğunu deyə bilmərik. Sadəcə bir məsələdə bir balaca beynimiz qarışır. Məsələ ondadır ki, şəhid ailələrinə dövlət 11 min manat pul ödəyib. Bundan əlavə Heydər Əliyev Fondu da daha 10 min manat ödəyib. Əlavə olaraq da şəhid ailələri ayda 500 manat təqaüd alır. Yəni belə bir durum varkən bir şəhid ailəsinin diqqətdən və qayğıdan kənarda qaldığını iddia etmək nəsə ağla batmır, axı. Əlbəttə, istənilən məbləğdə pul şəhidin bir damla qanına belə dəymir, bunu anlayırıq. Lakin Vətən uğrunda şəhid olmuş dəyərli oğullarımızın ailələrinə dövlət qeyd etdiyimiz məbləğdə yardım edir. Belə olan halda bir şəhid ailəsinin çox acınacaqlı duruma düşə biləcəyi real görünmür. Bir daha qeyd edirəm, məqsədim intihara cəhd etmiş dəyərli şəhid ailəsi üzvünə şübhəylə yanaşmaq deyil. Lütfən, bir bilgisi olan varsa bizimlə də paylaşsın. Çünki bəzən bilgi kirliliyi xoş olmayan belə görüntülərə səbəb olur”.

İLTİFAT

Dosta Göndər :

  

SON XƏBƏRLƏR

2021-12-04
2021-12-03

Video

Yazarlar

MARAQLI

DÜNYA

ƏDALƏT BU GÜN
December: 04
November: 27 20 13 06 04 02
October: 30 28 26

Redaktor seçimi

FOTOREPORTAJ

GÜNÜN SİTATI

SORĞU

COVİD 19 peyvəndi vurdurmusunuz?

ÇOX OXUNAN

GÜNÜN LƏTİFƏSİ

Vasif Quliyevin kefi yuxarıdı, sanki səmalarda uçur. Aqil Abbas:

- Vasif, xeyir ola, genə göylərdə uçursan?

Vasif müləllim:

- Qağa neyniyim, "Parıament" siqareti cəkirəm, amma parlamentə düşə bilmirəm. "Prezident" yağı yeyirəm, prezident ola bilmirəm. Bircə

 "Vozdux" arağı real kömək edir, içən kimi havalarda uçuram.

ARXİV

TƏQVİM

FACEBOOK