adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
10 Noyabr 2021 15:20
3628
TEXNOLOGİYA
A- A+

“Azercell” “010” prefiksli nömrələri istifadəyə verib

Bu xüsusi buraxılışı lider mobil operator Zəfər bayramımıza həsr edir.

İstifadəçilərin uzun müddət səbirsizliklə gözlədiyi yeni “010” prefiksli (şəbəkə kodlu) nömrələr, “Azercell Telekom” tərəfindən Azərbaycanın mobil rabitə bazarına təqdim edilir. 

Şirkətin rəqəmsal siyasətinə uyğun olaraq, onlayn platforma vasitəsilə rahatlıqla nömrə əldə etmək mümkün olacaq. Belə ki, ilk dəfə olaraq bu cür iri miqyasda nömrə sifarişini onlayn rejimdə gerçəkləşdirən www.azercellim.com saytı vasitəsilə müştəri bəyəndiyi “010” prefiksli nömrəni seçib dərhal rəsmiləşdirə bilər. Həmin sayt üzərindən nömrə üçün onlayn ödəniş tamamlandıqdan sonra abunəçinin qeyd etdiyi əlaqə nömrəsi və ya elektron ünvanına xüsusi sifariş kodu göndərilir. Həmin kodu 7 gün ərzində istənilən “Azercell” satış məntəqəsinə təqdim etməklə yeni nömrəni əldə etmək mümkündür.

Yeni nömrələrin təqdimatını “Azercell” şirkətinin prezidenti Zərinə Zeynalova belə şərh etdi: “Qaliblərin seçimi!” şüarı ilə ifadə olunan “010” seriyalı nömrələrimiz Vətən müharibəsində qalibiyyətimizin ilk ildönümünə ithaf olunur. İlkin onlayn satış kanalının Azərbaycanın mobil rabitə bazarında daha geniş təqdimatı abunəçilərimiz üçün “Azercell” servislərini daha əlçatan və rahat edir, eyni zamanda bizə müştəri xidmətlərimizin səviyyəsini artırmağa şərait yaradır”.
 
Yeni nömrənin aktivləşdirilmə şərtləri və tariflər haqqında daha ətraflı məlumatı “Azercell”in rəsmi veb-səhifəsindən (www.azercell.com) əldə etmək olar.
 
“Azercell” komandası “Qaliblərin seçimi” - “010” nömrələri ilə sizə daim ən sevincli və xoş xəbərlər almağı arzu edir. 

Qələbə bayramımız mübarək!