SON DƏQİQƏ:

Mahmud Qacar - ŞEİRLƏR

  387   |  
Şriftin ölçüsü  

Muğamlar yaranan gündən

 

44 günlük Vətən müharibəsində 8 Noyabr həm də igid döyüşçülərimizin Vətən eşqiylə çırpınan ürəklərinə, çağlar ruhlarına güc, qüdrət verən ecazkar milli muğamlarımızın özünüsübut, Zəfər günüdür…

 

Arzularımdır, boy atıb,

Dünənim bu günə çatıb;

Səsim dünyanı oyadıb

Muğamlar yaranan gündən.

 

Taleyimdən gələn zəngdir –

Məskəni ruhdur, ürəkdir.

Uğur, qələbə deməkdir

Muğamlar yaranan gündən.

 

Rast əməlim "Rast”a dönüb,

Fələk mənlə dosta dönüb;

Dağ Məhəmməd üstə dönüb

Muğamlar yaranan gündən.

 

"Çahargah”ım dürüstlüyüm,

"Şur”um çağlar, gur istəyim.

Hara çatıb gör istəyim

Muğamlar yaranan gündən?!.

 

"Zabul”um min sədlər aşıb,

"Həva”m qəlb naləmdi – daşıb…

Ruhum, eşqim "Qatar”laşıb,

Muğamlar yaranan gündən.

 

"Heyratı”mı heyrət doğub,

"Şikəstə”mi qeyrət doğub;

"Şəms”imi od, həyat doğub

Muğamlar yaranan gündən.

 

"Rəhab” sehrli yazıdır,

"Şahnaz” bülbül avazıdır;

"Şüştər” ömrümün yazıdır

Muğamlar yaranan gündən.

 

"Mənsuriyyə” dağ səslidir,

"Arazbarı” – bax, əslidir.

Çoxrəngli, çox həvəslidir

Muğamlar yaranan gündən.

 

"Can, can!” – deyən "Şiraz”a bax,

Gülür Şuşam sabah-sabah.

Vəsfə layiqdir Qarabağ

Muğamlar yaranan gündən.

 

Qarabağ tərlanı

 

İkinci Qarabağ müharibəsində qəhrəmanlıq göstərərək şəhidlik zirvəsinə yüksələn şucaətləri "Vətən uğrunda”, "Cəsur döyüşçü” və "Füzulinin azad olunmasına görə” medallarına layiq görülən igid Qacarlı balası Orxan Rizvan oğlu Qasımovun qalib ruhuna

 

Görməsən də öz Füzuli yurdunu,

Xilas günü önündəydin Ordunun.

Vulkan etdin ürəyinin odunu

Azad Qarabağın igid tərlanı!

 

Ata-ana arzusunu göyərdib,

"Görün necə ucalacam” – deyərdin.

Ən uca zirvənin çiçəyin dərdin

Azad Qarabağın igid tərlanı!

 

Kömək üçün qanad açar, sizinlə

Elməddinlə Sənan* uçar sizinlə…

Fəxr eyləyir əhli-Qacar sizinlə

Azad Qarabağın igid tərlanı!

 

Davamçısı igin qazi atanın,

Gülləsini hədəfə düz atanın

Vətən uğuruna uğur qatanın

Azad Qarabağın igid tərlanı!

 

Sən ana Vətənin Orxanı oldun,

Adı ürəklərə axanı oldun;

Dünyalara qalib baxanı oldun

Azad Qarabağın igid tərlanı!

 

*eyni savaşın Qacarlı şəhidləri

 

Bakı, 11.10.2021

 

Təzə saxlayır

 

…44 günlük Vətən müharibəsinin ən böyük möcüzələrindən birini də elə doğma torpağımızın özü göstərmişdi. Ömrünün 18-ci baharında Ağdərə uğrunda döyüşdə şəhid olan igid əsgər Fərid Məhərrəmovun 11 ay ağuşunda uyuduğu məzarı zəruri səbəbdən açılarkən gördükləri qeyri-adi mənzərə şahidi olanları heyrətə gətirmişdi.

Şəhidin anası danışır ki, oğlunun məzarı açılarkən oradakı torpaqdan yaz yağışı yağanda gələn təzə qoxu gəlirdi. "Ana, gör sənin oğlun, necə gələcək” – deyərək sevdiyi al bayrağına bürünüb gələn çinar boyuna qurban olduğum elə bil yenicə yuxuya getmişdi. Əyilməzim, bizi əyilməz edənim bir ilə yaxın cismani ayrılıq müddətində heç dəyişməmişdi, əvvəlki görkəmində qalmışdı…”

Torpağın bu böyük məhəbbət möcüzəsini görən Ana həmin gündən şəhid oğlu üçün axıtdığı göz yaşlarını dayandırdığını bildirir. Uğrunda canından keçən ər oğullara torpağın ilahi sevgiləri ruhumu titrətdi.

 

Sahibiyik, yoxdur bizdən yaxını,

Özü boyda şahidliklər yığını…

Çətin anda hamı ona sığınır,

Etdiklərin vurmur üzə – saxlayır.

 

Dünyanın ən dürüst aynası kimi,

Canlıların canlı ayəsi kimi;

Bütün anaların anası kimi

Üstlərində əsə-əsə saxlayır.

 

…Xilaskar nəşinə açaraq qucaq,

Saxlayıb necə var, hamıdan qoçaq.

Sevgidə hikmətə, böyüklüyə bax –

Torpaqşəhidini təzə saxlayır.

 

Bakı, 10.09.2021

 

 

Dosta Göndər :

  

SON XƏBƏRLƏR

2021-11-27
2021-11-26

Video

Yazarlar

MARAQLI

DÜNYA

ƏDALƏT BU GÜN
November: 27 20 13 06 04 02
October: 30 28 26 23

Redaktor seçimi

FOTOREPORTAJ

GÜNÜN SİTATI

SORĞU

COVİD 19 peyvəndi vurdurmusunuz?

ÇOX OXUNAN

GÜNÜN LƏTİFƏSİ

Vasif Quliyevin kefi yuxarıdı, sanki səmalarda uçur. Aqil Abbas:

- Vasif, xeyir ola, genə göylərdə uçursan?

Vasif müləllim:

- Qağa neyniyim, "Parıament" siqareti cəkirəm, amma parlamentə düşə bilmirəm. "Prezident" yağı yeyirəm, prezident ola bilmirəm. Bircə

 "Vozdux" arağı real kömək edir, içən kimi havalarda uçuram.

ARXİV

TƏQVİM

FACEBOOK