adalet.az header logo
  • Bakı 14°C
  • USD 1.7
02 Dekabr 2021 15:47
977
DÜNYA
A- A+

MİT-dən əməliyyat: PKK mənsubları ələ keçirilərək Türkiyəyə gətirildi

Türkiyənin Milli İstihbarat Təşkilatının (MİT) İraqın şimalında keçirdiyi əməliyyat nəticəsində PKK terror təşkilatının rəhbər şəxslərindən olan Duran Kalkanın cangüdəni Pervin Arslan Türkiyəyə gətirilib.

Adalet.az xəbər verir ki, əməliyyat nəticəsində daha bir PKK mənsubu ələ keçirilib.

Qeyd olunur ki, P.Arslan bir neçə il İraqın şimalında təşkilatın kəşfiyyat işlərinə məsul şəxs olub.

Türkiyə xüsusi xidmət orqanları antiterror əməliyyatlarını davam etdirir.