adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
03 Dekabr 2021 15:11
1094
GÜNDƏM
A- A+

Xocavənddə hərbçimizə hücum edən erməni ZƏRƏRSİZLƏŞDİRİLDİ

Xocavənd rayonu ərazisində Azərbaycan Ordusunun mövqelərindən birində döyüş növbətçiliyi aparan hərbi qulluqçumuz dekabrın 3-ü saat 13.00 radələrində erməni əsilli şəxs tərəfindən hücuma məruz qalıb. Həmin şəxs silahı ələ keçirməyə cəhd göstərib.

Bu barədə Adalet.az-a Müdafiə Nazirliyindən məlumat verilib.

Hərbi qulluqçumuz havaya atəş açdıqdan sonra özünü müdafiə etmək məqsədilə ona hücum edən təxribatçını zərərsizləşdirib.

Hadisə barədə Rusiya sülhməramlı kontingentinin komandanlığına və Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzinə məlumat verilib.

Faktla bağlı araşdırma aparılır.