adalet.az header logo
  • Bakı 28°C
04 Dekabr 2021 19:06
406
HADİSƏ
A- A+

Şabranda quşçuluq sexində yanğın olub

Şabran rayonunda ümumi sahəsi 1224 m² olan quşçuluq sexinin içərisində 54 ədəd plastik qab və yerə səpilən saman 450 m² sahədə yanıb.

Fövqəladə Hallar Nazirliyindən Adalet.az-a verilən məlumata görə, sexin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.