SON DƏQİQƏ:

"Facebook gündəliyi"

  48425   |  
Şriftin ölçüsü  

Facebook - dünyanın ən populyar qəzeti, saytı.

1 milyon azərbaycanlının fərdi təqdimat məkanı.

15 il öncə kim desəydi, hamının şəxsi qəzeti olacaq, inanılmaz açıqlama olardı, həmin adama gülüb keçərdik. Ağlımıza gəlməyənlər başımıza gəldi.

Bu dəfə xeyirlisindən oldu. Başımıza gələn hadisə ürəyimizdən xəbər verdi. Kimliyimizi, necəliyimizi göstərə bildik. Facebook göydən düşmə məkana çevrildi - daha çox da düşüncə adamları üçün. Bu üzdən Adalet.az saytının oxucularına intellektual Facebook istifadəçilərinin düşündürücü statuslarını təqdim etməyi qərara aldıq. Yəni onların yazdıqlarını göydən yerə düşürdük. 

"Göy virtuallığın, yer reallığın təzahürüdü". Bu da olsun, təqdim edəcəyimiz statuslara nəzərən bir status. 

                                                                 ***


Niyaz Niftiyev : "Bu gün Strasburqda Avropa Şurası Parlament Assambleyasının qış sessiyası öz işinə başlayır. Maraqlıdır ki, sessiyanın gündəliyinə daxil olan məsələlər arasında Avropada media azadlığının qorunması, qeyri-tolerantlıq və diskriminasiya ilə mübarizə də var. Baxaq görək bizləri ən azı media azadlığı məsələsində ittiham edən Avropadakı başbilənlər daxillərindəki bu kimi məsələləri necə müzakirə edəcəklər. Tolerantlığa gəlincə - Avropa bu məsələdə ən azı Azərbaycandakı BİRGƏ YAŞAYIŞ MODELİndən nümunə götürməlidir”.

                                                                 ***


Sahib Məmmədov : "Bakıda da bəzi yerlərə bir neçə zibil qablarını yanaşı qoyurlar. Çeşidləmək üçün və ikinci emal zibilləri ayrı toplamaq üçün. Gülməlidir. Süni surətdə özümüzü Avropanın şəhərlərinə oxşatmaq istəyirik. Zibili daşıyanda bir zibil daşıyana doldurub qarışdırırsız axı, ay gülməşəkərlər. Onu ayrı-ayrı toplamağın nə mənası? Əgər Balaxanıda yandırılacaqsa.”

                                                                ***


İlham Quliyev : "İnsanların özləri kimi düşünməyənlərə qarşı dözümsüzlüyü, özləri kimi olmayanlara qarşı amansızlığı çox qorxudur. Elə amansız, "of" demədən ittiham, lağ edirlər ki...”

                                                                 ***


Zümrüd Abbas : "Təsəvvür edirsiz ki, mən öz doğulduğum kəndi, evimizi görsəm, bəlkə də ürəyim dayanar... Ən dəhşətlisi isə öz yurduna həsrətlə baxırsan və ora keçməyə sənin ixtiyarın çatmır. 12 yaşım olanda öz yurdumuzu məcburən tərk etmişik. Hər şey bir film kimi gözlərimin önündə canlanır. Bu hissləri anlatmaq çox çətindi...”

                                                                 ***


Ceyhun Musaoğlu : "Bir neçə gündü mətbuatımızı diqqətlə izləyirəm. Qənaətim belədi: həqiqəti o vaxt yazırıq ki, o həqiqət daha heç kimə lazım olmur”.


                                                                 ***


Rza Rzayev : "Bu nə düşüncədi, efirdə kimsə milli pulumuzu cırıb, ictimai qınaq var, amma bəziləri ona haqq qazandırmaq üçün yazırlar ki, nə bilim toylarımızda pulu belə səpirlər, belə ayaqlayırlar və.s heç etiraz etmirdiniz. Deməli, bu başlanğıcdı da, bundan sonra toylarda da belə hadisələrə etiraz edəcəyik....etməliyik, tv də belə şeylərin baş verməsi acınacaqlıdı, dəhşətdi, tv ilə toyu səhv salan adamlar var, tv milyonların izlədiyidi, tv - nin funksiyası cəmiyyətdə baş verən eybəcərliyi təbliğ etmək deyil, cəmiyyətin səviyyəsinə enmək deyil, cəmiyyətin səviyyəsin qaldırmaqdı ....”

                                                                 ***


Etibar Hüseynov : "Həftənin əvvəli 2 qəpik söhbəti ilə başlamışdı... sonu 1 manatla qurtardı..”

                                                                  ***



Faiq Balabəyli : "Yumru-yumru qayalar çobanın yumruğu-zadı deyil. Örüşü-zadı Bələdiyyələr satıb, mal-heyvan otarmağa yer qalmayıb, çobanlar yoxa çıxıb, gəlib tikintidə fəhlə işləyirlər, qayalar isə yumruluğunu saxlasa da yumruqluğunu saxlaya bilməyib...”

                                                                    ***


Qan Turalı : "Vahid Mustafayev öz büdcəsiylə kino çəkir. Yaxşı da edir. İndi tamaşaçılar, tənqidçilər filmə baxıb rəylərini deməlidirlər. Vahid bəy də ağlına batan iradları qəbul eləyər, eləməz öz işidi. Amma bu ANS kanalının əməkdaşları bir anda kinotənqidçi olublar, heç kimə imkan vermirlər. Sənətə bu cü münasibət olmaz. Sizə nə filmdən? Siz televiziyada işləyirsiniz, filmdə yox..”


                                                                     ***



Bəxtiyar Rəhimov : "Nə baş verir???!!!
Son zamanlar efirlərdə baş verənlər məni çox narahat edir. Biri efirdə milyonların qarşısında şpaqat açır, biri regionların ləhcələrinə lağ edərək ələ salı, biri pul cırır və s....
Bunlar belə etməklə reytinq yığırlar?! Bəs efir mədəniyyəti???!!!”

 

Sübhan Mahmudlu

Dosta Göndər :

  

SON XƏBƏRLƏR

2021-10-19

Video

Yazarlar

MARAQLI

DÜNYA

ƏDALƏT BU GÜN
October: 19 16 14 12 09 07 05 02
September: 25 18,

Redaktor seçimi

FOTOREPORTAJ

GÜNÜN SİTATI

SORĞU

COVİD 19 peyvəndi vurdurmusunuz?

ÇOX OXUNAN

GÜNÜN LƏTİFƏSİ

Vasif Quliyevin kefi yuxarıdı, sanki səmalarda uçur. Aqil Abbas:

- Vasif, xeyir ola, genə göylərdə uçursan?

Vasif müləllim:

- Qağa neyniyim, "Parıament" siqareti cəkirəm, amma parlamentə düşə bilmirəm. "Prezident" yağı yeyirəm, prezident ola bilmirəm. Bircə

 "Vozdux" arağı real kömək edir, içən kimi havalarda uçuram.

ARXİV

TƏQVİM

FACEBOOK