adalet.az header logo
  • Bakı 20°C
24 Fevral 2015 13:30
47203
RUBRİKA
A- A+

"Facebook gündəliyi"

Facebook - dünyanın ən populyar qəzeti, saytı.

1 milyon azərbaycanlının fərdi təqdimat məkanı.

15 il öncə kim desəydi, hamının şəxsi qəzeti olacaq, inanılmaz açıqlama olardı, həmin adama gülüb keçərdik. Ağlımıza gəlməyənlər başımıza gəldi.

Bu dəfə xeyirlisindən oldu. Başımıza gələn hadisə ürəyimizdən xəbər verdi. Kimliyimizi, necəliyimizi göstərə bildik. Facebook göydən düşmə məkana çevrildi - daha çox da düşüncə adamları üçün. Bu üzdən Adalet.az saytının oxucularına intellektual Facebook istifadəçilərinin düşündürücü statuslarını təqdim etməyi qərara aldıq. Yəni onların yazdıqlarını göydən yerə düşürdük.


"Göy virtuallığın, yer reallığın təzahürüdü" - bu da olsun, təqdimedəcəyimiz statuslara nəzərən bir status


                                                                       ***

Cəlil Cavanşır:"Gördüm qiymətlər "oynayır" 10 kq ağ, 10 kq-da qara kürü aldım, yığdım villamın zirzəzəmi-soyuducusuna...Nə olar, nə olmaz. Uşaqlar ac qalmasın”


                                                                         ***

Şəhriyar del Gerani:"Yenə də 90-lar. Kasıb vaxtlarımız idi. İlaxır çərşənbə axşamı heç kəs bizə papaq atmazdı. Qonşular uşaqlarına bərk-bərk tapşırardılar ki, nəbadə bizə papaq atalar. Mən də ertəsi gün bütün küçədən küsərdim. Pişiklərdən də...”


                                                                         ***

Səidə Haqverdiyeva:"İnsan nə qədər güclü olsa belə əzizini itirmək qorxusu onu ən cılız adama çevirir”


                                                                        ***

Gülnar Məsimli:"Ədalətin mənbəyini özündə tapmasan, ətrafda görməyin imkansız olacaq... İtirilmiş mahiyyət deyil cünki, ya vardır ya yoxdur kristal kimidir... Cəmiyyətin idarə olunmasında isə ədalət prizması keçərli deyil, özünü aldatmağın anlamı anlamsızlıq olacaq... vəssalam!”


                                                                        ***

Fəridə Abdıyeva:"Azərbaycanda real tənqid edə bilmək üçün gərək yetim olasan”


                                                                          ***

Nigar M. Məhərrəm:" Hava günəşli olsa da günəşdən əsər-əlamət yoxdur. Hər yerdə qar əriyib, Yeni Günəşlidə hələ də avtobuslar, maşınlar hərəkət edə bilmir. Axşama da şaxta olacağı deyilir”


                                                                             ***

Fatma Cabbarlı: "Varlı yıxılır, kasıb üzr istəyir”


                                                                             ***

Təranə Xudabaxşıyeva:"Toya dollarla pul atacaqsız yoxsa manatla?”


                                                                              ***

Azər Ayxan:"Avropa Yay Oyunları ərəfəsində Bakıda ölmək qadağan edildi! Kim ölsə, həbs olunacaq. Əzrayılın cibinə nəşə atıb Kürdaxanı zindanına basacaqlar”


                                                                            ***

Ceyhun Musaoğlu:"Dostlarım şikayət edir ki, siqaretin qiyməti qalxıb. Bu hadisəni faciə yox, bayram kimi qarşılamaq lazımdır. Axı siqaret çəkənlərə o zəhəri tərgitmələri üçün daha hansı şəraiti yaratmaq lazımdır?”



Sübhan Mahmudlu