SON DƏQİQƏ:

"Yadların doğma sözü"

  45365   |  
Şriftin ölçüsü  

"Yadların doğma sözü” adı altında dünya xalqlarından seçmə hikmətli sözlərin bu dəfəki təqdimatında ingilis atalar sözləri olacaq. Əvvəlcə bu xalq haqqında məlumat verək:

İngilislər – Böyük Britaniya krallığının əsas xalqı. Orta əsrlərdə anqlo-sakslarlardan, brit, kelt və yutlardan yaranmış bu xalqın sayı hazırda 53 milyondan artıqdır. İngilislər zamanın bütün dönəmlərində ağalıq etməyi bacarıblar. Çoxsaylı müstəmləkələri, dərin məntiqi, məşhur siyasətçiləri maddiyata meyilliliyi, sərt qayda-qanunları, dəyişməz adət-ənənələri ilə həmişə dünyanı özündən danışdırmağı bacarıblar.  

83 əyalətə, 936 şəhərə yerləşmiş ingilislər həmişə mühafizəkarlığı və sabitliyi ilə digər xalqlardan fərqləniblər. Məsələn, bir ingilis evini döşəyibsə, bir də 20 ildən sonra əşyaların yerini dəyişər, o da həmin əşyalardan biri istifadəyə yararsızsa.

İngilislər təkcə hərbi və siyasi qüdrəti ilə tanınmayıblar, ədəbiyyatı, incəsənəti, elmi  ilə də həmişə diqqət mərkəzində olublar. Uilyam Şekspir, Tomas Eliot, Corc Bayron, Con Milton kimi şairləri, Daniel Defo, Çarlz Dikkens, Somerset Moem, Şarlotta Bronte, Corc Oruel, Herbert Uels, Artur Konan Doyl, Aqata Kristi, Redyard Kiplinq və b. kimi yazıçıları, bundan başqa İsaak Nyuton, Frensiz Bekon, Çarlz Darvin, Ceyms Kuk, Nelson, Çörçil –  siyahını çox uzatmaq olar – kimi adlar tarixin və bəşəriyyətin yaddaşında kök salıb.

Sözü verək ingilis atalarına:

 

Söz qılıncdan kəsərlidir.

Büdrəməyən adam uzaq yol gedər.

Yaxşılıq əbədi deyil.

Parçaya görə paltar tik.

Ev kimi doğma yer olmaz.

Təzə süpürgə yaxşı süpürər.

Ən pis yaxşı gün ən yaxşı pis gündən daha yaxşıdır.

Korlar ölkəsində tək gözlü adam kraldır.

Bəbirin xalları silinməklə keçməz.

Atasına bax, oğlunu tanı.

Güzəranın yaxşı keçirsə, demək, həyat yaxşıdır.

Yaşa və öyrən.

Sevgi kor olar.

Uğur uğursuzluqdan üzüağ çıxa  bilməkdir.

Romadasansa, romalılar kimi davran.

Səhər yeməyini özün ye, günorta yeməyini dostlarla böl, axşam yeməyini isə düşməninə ver.

Müştəri hər zaman haqlıdır.

Gec olar, güc olar.

Hürən it dişləməz.

İt iti dişləməz.

Yağmurlu günə çətir hazırla.

Hər parıldayan qızıl deyil.

Evin içi arvadın, çölü kişinin.

Yüyəni itirmək, atı itirməkdən yaxşıdır.

Diyirlənən daşı mamır basmaz.

Şeytanla dost olan cəhənnəmi gözə alsın.

Dürüstlük ən yaxşı siyasətdir.

İki baş bir başdan üstündür. 

Bu günün yumurtası sabahın toyuğundan yaxşıdır.

Qanadın yoxsa, uçmağa çalışma.

Oğurluq meyvə şirin olar.

Pul pul gətirər.

Hər kəsin dolabında çirkli paltar olur.

Bilik gücdür.

Medalın iki üzü var.

Hər əlin öz əlcəyi olar.

Vərdiş gücdən qüvvətlidir.

Əqrəbi geri çəkməklə zaman dönməz.


Şəfiqə Şəfa


Dosta Göndər :

  

SON XƏBƏRLƏR

2021-10-25

Video

Yazarlar

MARAQLI

DÜNYA

ƏDALƏT BU GÜN
October: 26 23 21 19 16 14 12 09 07 05

Redaktor seçimi

FOTOREPORTAJ

GÜNÜN SİTATI

SORĞU

COVİD 19 peyvəndi vurdurmusunuz?

ÇOX OXUNAN

GÜNÜN LƏTİFƏSİ

Vasif Quliyevin kefi yuxarıdı, sanki səmalarda uçur. Aqil Abbas:

- Vasif, xeyir ola, genə göylərdə uçursan?

Vasif müləllim:

- Qağa neyniyim, "Parıament" siqareti cəkirəm, amma parlamentə düşə bilmirəm. "Prezident" yağı yeyirəm, prezident ola bilmirəm. Bircə

 "Vozdux" arağı real kömək edir, içən kimi havalarda uçuram.

ARXİV

TƏQVİM

FACEBOOK