SON DƏQİQƏ:

"Yadların doğma sözü"

  47476   |  
Şriftin ölçüsü  

"Yadların doğma sözü” adı altında dünya xalqlarından seçmə hikmətli sözlərin bu dəfəki təqdimatında italyan atalar sözləri olacaq. Əvvəlcə bu xalq haqqında məlumat verək:

İtalyanlar - İtaliyanın əsasını təşkil edən roman dilləri qrupuna aid Avropa xalqıdır. İtaliyadan başqa, Latin Amerikasında, xüsusən də Braziliya və Uruqvayda da geniş yayılıblar. Tarixin ən əhəmiyyətli səhifələrinə qızıl hərflərlə yazılmış Roma İmperiyasının ağaları kimi dünya hömranlığına sahib dövlətin əhalisi indi təxminən 58 milyondur. Buna baxmayaraq, Roma İmperiyasının tək varisi italyanlar hesab edilmir. İmperiya kultunun əsasını təşkil edənlər etrusklar sayılır.   

Dünyanın 60% mədəni irsinə malik olan İtaliya operanın, pantomim teatrın beşiyi sayılır. Dünyaya Mikelancelo, Rafael Santi, Benvenuto Çellini, Leonardo da Vinçi, Qalileo Qaliley, Dante, Bokkaçço, Cüzeppe Verdi, Antonio Vivaldi, Salyeri  kimi dahilər bəxş edib. Elə müasir dövrdə də italiyan aktyorları, müğənniləri, futbolçuları, modelyerləri, hətta siyasətçiləri dünyaca məşhurdur:  Adriano Çelentano, Al Paçino, Sofi Loren, Ornella Muti, Monika Belluççi, Marçello Mastroyanni, Corcio Armani, Canni Versaçe, Roberto Kavalli, Silvio Berluskoni, Aleksandro del Pyero, Canni Rivera, Canluici Buffon, Paolo Maldini, Roberto Bacco və başqaları bəşər hafizəsinə həkk olunublar.

 

İtaliya haqqında bəzi maraqlı faktlarla tanış olaq:

Siciliyanın, Kalabriyanın və Qazımanın təxminən 80% biznesi mafiyalara vergi ödəyir.

İtaliyada uşaq evi yoxdur.

İtaliyada evsiz heyvan yoxdur.

İtaliyalılar dünyada ən uzun ömürlülər sayılırlar.

İtaliyada rəsmi dil Florentina dialekti hesab edilir. o "İlahi komediyaya" Dantesinin yazılışından sonra rəsmi dil oldu.

Qadınların əl-qolla danışması ədəbsiz hesab edilir.

Danışıq vaxtı, inandırmaq üçün həmsohbətin dirsəyindən tuturlar.

Ən yaxşı restoranlar reklam edilmir. Ora yalnız dəvətlə düşmək olar.

İtaliyada gecə çimərlikdə olmaq qadağandır. Cərimə — təxminən 1000 avrodu.

Hörmətli insana "Doktor" deyərək müraciət edirlər.


 

İtaliya – təkcə Avropa sivilizasiyasının beşiyi, İntibah dövrü dahilərinin vətəni deyil, həm də müdrik fikirlərlə zəngindir:

 

Aslan olaraq bir gün yaşamaq, qoyun olaraq min il yaşamaqdan daha yaxşıdır.

Dinləməkdən ağıl, söyləməkdən peşmanlıq doğular.

Dost tapan, xəzinə tapır.

Ehtiyac duyulan yoldaş gerçək yoldaşdır.

Evlənmək üçün qürbətə gedən ya aldadacaq ya aldanacaq.

Gözə göz dişə diş.

Həyat olduğu müddətcə ümid vardır.

İştah yedikcə açılar.

Kişi səltənəti qurar, qadın isə idarə edər.

Qadın, kitab, at borc verilməz.

Hər şey Allahdandır, qadından başqa. 

Hava, ər və oğul – proqnoza bağlıdır. 

Heç kim tənha olmaq istəmir, hətta cənnətdə belə.

Qartal üçün bir göyərçini məğlub etmək bir şərəf deyil.

Qumarda itirən eşqdə qazanar.

Sevgini, alovu və öskürəyi insanlardan gizlətmək olmur.

Min dənə ehtimal tək bir doğru belə etməz.

Oyun bitəndə şah və piyada eyni qutuya girər.

Pis bir ortaqlıqdansa tək olmaq yaxşıdır.

Pulsuz sağlamlıq, yarı yarıya xəstəlik deməkdir.

Pullu olmaq kifayət deyil, gərək onu xərcləməyi də bacarasan.

Roma bir gündə qurulmadı.

Səbri çox olan adam qalib gəlir.

Yaxşı dostlarla yaxşı bir ailə süfrəsində əsla yaşlanmazsınız.

Yaşamaq üçün ye,yemək üçün yaşama.

İntiqam – soyuq verilən yeməkdir.

Qonaq balıq kimidir, 3 gündən sonra iylənməyə başlayır.

Özünü tanıyan dünyanı da tanıyar.

Şərab və dost köhnə deyillərsə, bir qəpiyə də dəymirlər.

Yalan danışırsansa, lakonik ol.

Axmaqlara hərdən döz, bəlkə nəsə onlardan öyrəndin. Ancaq heç vaxt onlarla mübahisə etmə.

Uzunqulaq doğulan at kimi ölə bilməz.

İstəyirsənsə, səni qiymətləndirsinlər – öl.

Problem sənə toxunana qədər ona toxunma.

Çayın dərinliyini hər iki ayağınla yoxlama.

Xoruzların susduğu, toyuqların qaqqıldadığı hində sülh olmaz.

Düzgün yol heç vaxt uzun olmaz.

Qara toyuq da ağ yumurta yumurtlayır.


Şəfiqə Şəfa 


Dosta Göndər :

  

SON XƏBƏRLƏR

2021-10-25

Video

Yazarlar

MARAQLI

DÜNYA

ƏDALƏT BU GÜN
October: 26 23 21 19 16 14 12 09 07 05

Redaktor seçimi

FOTOREPORTAJ

GÜNÜN SİTATI

SORĞU

COVİD 19 peyvəndi vurdurmusunuz?

ÇOX OXUNAN

GÜNÜN LƏTİFƏSİ

Vasif Quliyevin kefi yuxarıdı, sanki səmalarda uçur. Aqil Abbas:

- Vasif, xeyir ola, genə göylərdə uçursan?

Vasif müləllim:

- Qağa neyniyim, "Parıament" siqareti cəkirəm, amma parlamentə düşə bilmirəm. "Prezident" yağı yeyirəm, prezident ola bilmirəm. Bircə

 "Vozdux" arağı real kömək edir, içən kimi havalarda uçuram.

ARXİV

TƏQVİM

FACEBOOK