SON DƏQİQƏ:

”Bəs, niyə o “əjdaha”dan bizdə yoxdu?” - Əntiqə Rəşid yazır

  62591   |  
Şriftin ölçüsü  

 

Ötən il Azərbaycan-İran sərhədində 3,9 bal gücündə zəlzələ baş verdi. Yadınızdadırsa, yeraltı təkanların episentri də Astara rayonunun Kijoba qəsəbəsindən 6 km cənub-qərbdə, Ərdəbil şəhərindən 49 km şimal-şərqdə, ocağı isə 20 km dərinlikdə yerləşirdi.

Ümumiyyətlə son günlər İran, İraq, Türkiyə kimi qonşu ölkələrdə zəlzələlərin mütəmadi olaraq baş verməsi istər-istəməz Azərbaycan əhalisini də narahat edir. "Görəsən Azərbaycanda da belə dəhşətli ələlələr ola bilərmi”? Mənim bildiyimə görə, zəlzələnin öncədən proqnozunu vermək mümkün deyil. Deyilənə görə, bu, bütün dünyada belədir.

Hətta bu fikirləri ekoloq-seysmoloq Ənvər Əliyev acıqlamalarının birində özünəməxsus şəkildə təsdiq etmişdi. O, qeyd etmişdi ki, Azərbaycanda zəlzələnin olub-olmayacağı proqnozlarını heç kim deyə bilməz:” Kimsə belə proqnoz verirsə, onun ağlına şübhə edirəm. Tutaq ki, elmi ehtimallara görə, 4 milyard ildən sonra Günəş sönəcək. Belə bir şeyin olacağına kim qaranti verə bilər ki? Sabah filan saatda zəlzələ olacağını demək ehtimal yox, elmi fırıldaqdır. Zəlzələnin vaxtını Allahdan başqa heç kim bilməz. Bu işə baş vuranlar isə şeytandır, falçıdır. Digər tərəfdən bilirsiniz ki, mətbuat cəmiyyətin qan-damar sistemi kimidir. Bu baxımdan zəlzələ mövzusunda kifayət qədər həssas olmaq lazımdır” Inandıq!

 

Amma ötən həftə Türkiyədə baş verən ardıcıl şiddətli zəlzələdən sonra inanımız sarsıldı. Niyə?

"Posta” qəzetinin Ankara təmsilçisi Hakan Çelik sosial şəbəkə hesabında "CNN Türk"də bir neçə ay öncə yayımlanmış verilişdən bir parçanı paylaşdı.

Maraqlıdır ki, paylaşım qısa müddətdə bütün sosial şəbəkənin diqqətini çəkdi və hamının paylaşdığı videoya çevrildi.

Sözügedən verilişdə professor Naci Görür bir neçə ay öncə Elazığ və Malatya zəlzələsinin proqnozunu verirdi:”Doğu Anadolu fayına diqqət çəkmək istəyirəm. Bu fay uzun zamandır susqundur. Vaxtilə böyük zəlzələlər olubdur. Amma təxminən 1500-cü ildən bəri zəlzələ olmayıb. Buna görə Elazığ-Bingöl arası bölgələr üçün risk böyükdür”.

Gördüyünüz kimi professor Naci Görür hər şeyi 2-3 ay əvvəldən görür və sözünü deyir. Zəlzələ və yeraltı təkanlar üzrə həqiqi elm adamı, elm”əjdahası” olduğunu da isbat edir.

İndi, cox təəssüflə özümə sual verirəm:”Bəs, bizdə, niyə o "əjdaha”dan yoxdu?

 

Əntiqə Rəşid

Adalet.az

 

 

 

 

 

Dosta Göndər :

  

SON XƏBƏRLƏR

2021-09-19
2021-09-18

Video

Yazarlar

MARAQLI

DÜNYA

ƏDALƏT BU GÜN
September: 11, 04
August: 28, 21, 14, 07,
July: 31 24, 17, 10,

Redaktor seçimi

FOTOREPORTAJ

GÜNÜN SİTATI

SORĞU

COVİD 19 peyvəndi vurdurmusunuz?

ÇOX OXUNAN

GÜNÜN LƏTİFƏSİ

Vasif Quliyevin kefi yuxarıdı, sanki səmalarda uçur. Aqil Abbas:

- Vasif, xeyir ola, genə göylərdə uçursan?

Vasif müləllim:

- Qağa neyniyim, "Parıament" siqareti cəkirəm, amma parlamentə düşə bilmirəm. "Prezident" yağı yeyirəm, prezident ola bilmirəm. Bircə

 "Vozdux" arağı real kömək edir, içən kimi havalarda uçuram.

ARXİV

TƏQVİM

FACEBOOK