SON DƏQİQƏ:

Füzuli aeroportunun tikintisində son vəziyyət açıqlandı - Bu tarixdə sınaq uçuşları olacaq

  19291   |  
Şriftin ölçüsü  

Füzuli beynəlxalq hava limanında uçuş-enmə zolaqlarında işlər sentyabrın 5-nə kimi tamamlanacaq və ilk test uçuşu həyata keçiriləcək

Adalet.az-ın məlumatına görə, AZAL-ın nümayəndəsi Valeh Əmiraslanov Füzulidə jurnalistlərə açıqlamasında bildirib ki, hava limanının tikintisi yanvar ayının 14-dən başlamışdı:

“Bu müddətə kimi geniş füzelajlı hava gəmilərinin qəbul olunması üçün uzunlu 3 km, eni 60 metr olan uçuş zolağının torpaq yatağı tamamlanıb, hazırda isə asfalt-beton örtüklü layın tikintisinə, sahəsi 60 min kvadrat metr olan, 8 hava gəmisini saxlaya biləcək peronun tikintisinin torpaq yatağı tamamlanmaq üzrədir. Teminal binasənda dəmir-beton konstruksiyası işləri 100 faiz tamamlanıb, dəmir-metal konstruksiyanın quraşdırılması həyata keçirilir, italiya istehsalı olan dam örtüyü sifariş verilib və Azərbaycana gətirilib, fasad elementləri Türkiyədən sifariş verilib və gətirilmək üzrədir.

Hava hərəkətinin idarə edilməsi üçün qüllənin tikintisinin dəmir-beton konstruksiya hissəsinin quraşdırılması davam edir və bir həftəyə tamamlanacaq. Avadanlıqlar hamısı Avropa istehsalıdır, testdən keçirilib və Bakıya gətirilib. Sahədə isə beton özüllərin hazırlanıb quraşdırılmasına bu ayın sonundan başlanılacaq. Uçuş-enmə zolaqları sentyabrın 5-ə tamamlanacaq və ilk test uçuşu həyata keçiriləcək”.(trend)

Dosta Göndər :

  

SON XƏBƏRLƏR

2021-08-01
2021-07-31

Video

Yazarlar

MARAQLI

DÜNYA

ƏDALƏT BU GÜN
July: 17, 10, 03, 01,
June: 26, 24, 22, 19, 17, 15,

Redaktor seçimi

FOTOREPORTAJ

GÜNÜN SİTATI

SORĞU

Azərbaycanda futbol var?

ÇOX OXUNAN

GÜNÜN LƏTİFƏSİ

Vəli Xramçaylı ilə Kəramət Böyükçöllə bulvarda çayxanada söhbət edirlər. Son vaxtlar intiharda  cox danışan Kəramət:

- Vəli qardaş, sən dünya görmüş adamsan. Görəsən o ən hündür binadan özümü yerə atsam neçə günə yerə düşərəm?

Vəli Xramçaylı:

- Uzağı bir həftəyə.

Kəramət:

- Bəz görəsən yerə düşəndə ölərəm?

Vəli Xramçaylı:

- Ayə bə nədi, bir həftə yerə düşənəcən göydə elə ajınnan ölərsən dana.

ARXİV

TƏQVİM

FACEBOOK