adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7

Faiq QİSMƏTOĞLU: HARALISAN?!

FAİQ QİSMƏTOĞLU
51838 | 2019-04-19 13:26

...Dünyada çox xəstəliklər var. Və bu xəstəlikərin də əksəriyyəti sağalandı. Ürəyinağrıyır əməliyyat eləyirlər, özünə gəlirsən, şəkərin qalxıb onu da normayasalırlar, mədən, bağırsağın, öd kisən səni incidirsə, o da çarəsiz deyil.Allah-Təala hər dərdi verdiyi kimi, onun əlacını da insanlara bəxş eləyib. Minşükür!

Amma elə"xəstəlik” də var onu heç bir dava-dərman, heç bir həkim, heç bir loğmansağalda bilmir. Hətta deyirlər ki, qozbeli qəbir düzəldər. Bu "xəstəliyi” heç qəbirdə düzəldə bilmir. Və bu "xəstəlik” elə bir zaddır ki, dünyanın bütün həkimləriyığışsa da, ona əlac tapa bilməzlər! Ki, bu "xəstəlik” sağalan deyil. O "xəstəliyin” adı belədir: Yerliçilik!

Dünyanınhər yerində bu "xəstəlik” var. Amma bizdə olduğu kimi tay kütləvi deyil. Yənibizdə bu çox böyük bir bəladır. Hətta xərçəngdən, şəkərdən və digər xəstəlikdəndaha qorxuludur. Və bizdə bu "xəstəliyə” ən çox tutulanlar da vəzifəadamlarıdır. O vəzifə adamları ki, birinin sənədləri gəlib ora çıxanda orasınabaxırlar, burasına baxırlar, görürlər ki, qrafası düz deyil, onların yerlisideyilsən, sənin sənədini tullaylırlar gedər-gəlməz yerə. O sənədi sonra nəinkionlar, heç sənin özün də tapa bilməzsən!..

Məmləkətimizdəacı bağırsaq kimi hər yanı ağzına alan bu "xəstəliyin” neçə yaşı var onu deyəbilmərik. Amma bir onu deyə bilərik ki, Azərbaycan ərazisində mövcud olmuşxanlıqlar dövründə də ən ağır durumda olan Bakı xanlığı, Şəki xanlığı, Qarabağxanlığı, Gəncə xanlığı, Naxçıvan xanlığı dar gündə bir-birinə kömək əliuzatmayıblar. Gəncə xanlığı rusların hücumuna məruz qalanda o biri xanlıqlar özkefində olub. Ki onlar mənim yerlilərim deyillər. Qoy getsin rusla da özlərihaqq-hesab çürütsünlər. Və beləcə axırda hamısı məlum ölkələr tərəfindən işğaledilir, dağıdılır, məhv edilir.

Deməli,bu "xəstəlik” bizə ta uzaq keçmişdən qanla, sümüklə gəlib çatıb. Heç yaxşı şeyolsaydı gəlib çatmazdı. Pis olduğuna görə, gəlib bizi bu "xəstəlik” yaxalayıb.

İki nəfərbir-birilə yenicə tanış olan kimi o dəqiqə biri o birindən soruşur:

-Qardaş, sən haralısan?

O biriqardaş da desə ki, sənin yerlinəm, o dəqiqə vəziyyət dəyişir. Yəni onun yerlisiçıxsa kefi durulur, yerlisi olmasa xala-xətrin qalamasın üzündə təbəssüm yaranırvə tay söhbətin arxasını davam elətdirmir...

Adamıyandıran odur ki, "haralısan” sualını adi savadsız insanlar deyil, alim,professor, yüksək vəzifəli şəxslər də adama ünvanlayır. Bax, onda millət olaraqnə qədər parçalandığımızı, zəif olduğumuzu və özümüzü sevmədiyimizi bir daha yəqinedirsən. Onsuz da Azərbaycanın bu başından o başına cəmi-cümlətanı 5-6 saatlıqyoldur. Balaca bir ölkəni, kiçik bir vətəniyerlərə, məkanlara bölmək bu məmləkəti bir qədər də balacalaşdırır,cılızlaşdırır.

Sizibilmirəm, bu sual mənə ünvanlananda elə bil başıma bir qazan qaynar su tökülürvə qalıram dodağımı gəmirə-gəmirə. Çox adam belə sual verəndə deyirəm ki,haralı olmağın nə mənası var? Əsas odur ki, bu ölkənin vətəndaşıyam, sənin qanqardaşınam, dilimiz və dinimiz birdir! Dilimiz və dinimiz birsə, deməli, biz buvətənin, bu ölkənin övladlarıyıq!

"Haralısan”sualı ilə bağlı tələbəlik illərində başıma gələn bir əhvalatı danışmaq istəyirəm.Biz tələbə olanda Dövlət Televiziya və Radio Verilişləri Komitəsində təcrübəkeçirdik və tez-tez də süjetlər hazırlayırdıq. Belə süjetlərin birini dəPolitexnik İnstitutundan düzüb qoşmuşdum. Dekandan müsahibə almışdım və hər şeydə çox yaxşı alınmışdı. Dekanın müavini elmlər namizədi olan bir oğlan idi. Mənimləsəmimi söhbət eləyirdi. Birdən ondan soruşdum ki, müəllim, sən haralısan? Eləbil o cavan alimi tok vurdu. Bayaqkı səmimiyyət itdi, əsəbləşdi və mənə bir təpkigöstərdi. Dedi ki, istedadlı gəncsən, bu sualı vermək səni hörmətdən salır.Bayaqdan danışığına, məntiqinə heyran qalmışdım. Amma bu sualın səni mənimgözümdən saldı. O mənimlə çox səmimi söhbət elədi. Düz bir saat mənə "dərs”dedi. O "dərs” heç vaxt yadımdan çıxmayacaq. Və o söhbətdən sonra bir də"haralısan” sözünü dilimə gətirmədim. Onda mənim 19 yaşım vardı.

Görünür,bizim hər birimizə nə vaxtsa belə bir "dərs” keçilməlidir ki, vətəni bölgələrəbölməyək. Yəni bir-birimizlə tanış olanda "haralısan” deyə sual ünvanlayıbqanımızı itin qanına döndərməyək. Yaxşı insanın, savadlı ziyalının, istedadlıadamın yeri olmur. Onlar üçün bütün dünya, bütün Yer üzü Vətən sayılır. Çünkionlar o vətənin daşını da, torpağını da, gülünü də sevirlər və o vətənin hərqarış torpağı üçün şəhid olmağa belə hazırdılar.

Biryaxın dostum var. Çox istedadlı bir ziyalıdır. Azərbaycan Dövlət Universitetininjurnalistika fakültəsini bitirib. Sonra həmin universitetin hüquq fakültəsini qutarıb. Əlavə Politologiyaİnstitutunda da təhsil alaraq üçüncü diplomu da əldə edib. Vaxtilə həm mətbuatda,həm də hüquq ixtisası üzrə dövlət qurumunda qüsursuz fəaliyyət göstərib. İndibu böyük ziyalı balaca bir iş üçün hara müraciət edir bir söz demirlər, günügünə satırlar. Nə var, nə var o, kimlərinsə yerlisi deyil. Gərək bu gün vəzifəyəgetmək üçün kiminsə yerlisi olmalısan, kiminsə yaxını bilinməlisən.

Ermənibizim düşmənimizdir. Ancaq düşmən olsa da, bir-birilə görüşəndə soruşurlar:"Hayes, Türkes”. Yəni ermənisən, yoxsa türk? Yəni ermənisənsə, sənin üçün həryanda yaşıl işıqdı. Bizdə də soruşurlar: "Haralısan?”. Əgər desən şəkiliyəm,qarabağlıyam, bakılıyam, lənkıranlıyam, sənə sevgiylə yanaşacaqlarmı?! Hərhalda, bu vətənin hər bir yeri, hər bir məkanı, hər bir ocağı bizim üçündoğmadır – istər şəkili ol, istər bakılı, istərsə də lənkəranlı!

Gəlinyerliçilik "xəstəliyi”ndən canımızıqurtaraq. Bu "xəstəlik”dən canımızı qurtara bilsək, işğal olunmuştorpaqlarımızı da azad edəcəyik, çətinkilərimizi də dəf etməyi bacaracağıq,bir-birimizlə can deyib, can eşidəcəyik, dövlətimizin bütövlüyünü qoruyacağıq!Və "haralısan” deyənlərə də kimliyindən asılı olmayaraq təpki göstərəcəyik. Busualın da bir cavabı var:

- Biz Azərbaycanlıyıq!!!


TƏQVİM / ARXİV