adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
05 Mart 2021 16:53
24732
ELM VƏ TƏHSİL
A- A+

AzTU “AzInTelecom” MMC ilə əməkdaşlığa başlayır

Azərbaycan Texniki Universitetinin (AzTU) rektoru Vilayət Vəliyevin rəhbərlik etdiyi nümayəndə heyəti Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində fəaliyyət göstərən “AzInTelecom” MMC-də direktor müavini, direktor vəzifəsini müvəqqəti icra edən Tağı Tağızadə və müəssisənin digər əməkdaşları ilə görüş keçirib. Görüş zamanı qurumlararası mümkün əməkdaşlıq istiqamətləri, o cümlədən universitet tələbələrinin müəssisədə təcrübə imkanları, böyük həcmli verilənlər (big data) sahəsində birgə tədqiqatlarla bağlı fikir mübadiləsi aparılıb.