adalet.az header logo
  • Bakı 14°C
  • USD 1.7
09 Mart 2021 11:45
20029
MƏMLƏKƏT
A- A+

Pensiya yaşına çatanlarla bağlı TƏKLİF

İşçilərin ixtisarı zamanı pensiya yaşına çatmasına 10 il qalmış qadınların və 7 il qalmış kişilərin əmək müqaviləsinin ləğv edilməsinin qadağan olunması təklif edilir.

Bu, Azərbaycanda insan hüquqlarının qorunması haqqında İnsan hüquqları üzrə müvəkkilin (Ombudsmanın) 2020-ci il üzrə məruzəsində qeyd edilib.

Hesabatda qeyd edilir ki, işçilərin ixtisarı zamanı pensiya yaşının çatmasına azı 5-7 il qalmış işçilərin əmək və sosial təminat hüquqlarının müdafiəsi məqsədi ilə yaşa görə əmək pensiyası yaşına çatmasına 10 il qalmış qadınların və 7 il qalmış kişilərin əmək müqaviləsinin ləğv edilməsinin qadağan olunsun və bununla bağlı Əmək Məcəlləsinin 79-cu maddəsinə müvafiq əlavələr edilsin.

Digər tövsiyə bundan ibarətdir ki, işləyən pensiyaçıların sosial təminat hüququnun səmərəli təmin edilməsi və onların məcburi dövlət sosial sığorta haqqı ödəməkdən azad edilməsi məqsədilə “Sosial sığorta haqqında” qanuna müvafiq dəyişikliklər edilsin.

Ödəmə qabiliyyətini itirmiş qeyri-dövlət müəssisələri tərəfindən işçilərə əmək haqları üzrə və istehsalatda alınmış xəsarətlərə görə borcların ödənilməsi məqsədi ilə dövlət təminat sisteminin yaradılsın və bununla bağlı zəruri mexanizmlər hazırlansın.