adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
04 May 2021 10:11
31888
SİYASƏT
A- A+

Könül Nurullayeva: “Ermənistanda hökm sürən tənəzzül getdikcə daha da dərinləşəcək”

Münaqişə dövründə Ermənistanda müşahidə olunan xaos və anarxiya bu gün də ən kəskin həddə çatıb. Bu gün faktiki bu ölkədə bütün sahələrdə ciddi tənəzzül müşahidə olunur, ölkədə gərgin mühit hökm sürür. Rəsmi məlumatlarda da qeyd olunduğu kimi, 1990-cı illərin əvvəlləri ilə müqayisədə əhalinin sayı xeyli azalıb. Erməni mətbuatında dərc olunan şərhlərdən də aydın olur ki, ölkədə iş yeri yoxdur, xüsusilə müharibədən sonra qazanc çox aşağı səviyyədədir. Vaxtı ilə Azərbaycanın tarixi torpaqlarını işğal altında saxlayaraq, oradakı sərvətləri talayan Ermənistan 44 günlük Vətən Müharibəsindən sonra bu imkandan məhrum oldu. İndi ölkə əhalisinin  böyük hissəsi çıxış yolunu qazanc dalınca digər ölkələrə üz tutmaqda görür. Müharibənin tərəflərə təsirini araşdıran beynəlxalq jurnalistlərin təəsüratları da təsdiqləyr ki, İrəvandan kənar yaşayış məntəqələri əsl yoxsulluq nümunəsidir. Ermənistan əhalisi gələcək üçün heç bir perspektiv görmür. Revanşist meyllər daxili auditoriyada da bədbin ab-hava yaradıb. Əhali müharibə və Azərbaycana qarşı yenidən ərazi iddialarının tərəfdarı deyil.  Hərbi baxımdan daxili imkanalrı ilə bağlı reallığı dərk edən vətəndaşlar artıq övladlarını orduya göndərmək istəmirlər. Eyni zamanda müharibədə iştirak etmiş şəxslərə qarşı laqeyd münasibət gərginliyi bir qədər də artırır.

Məsələ burasındadır ki, Ermənistanda korrupsiya da geniş vüsət alıb. Nikol Paşinyan hakimiyyətə gəldikdən sonra korrupsiyanın səviyyəsi nisbətən aşağı ensə də, sonrakı dövrdə yenidən artmağa başlayıb. Görünən budur ki, Ermənistanın hazırda  xilası bölgədə yeni yaranmış reallıqlardan yararlanmaq və revanşist meyllərdən əl çəkməkdən keçir. Hakimiyyətə kimin gəlməsindn asılı olmayaraq, ilk növbədə sosial-iqtisadi böhrandan xilas olmağın yollarını axtarmalı və vəziyyəti düzgün qiymətləndirməlidi. Çünki artıq ölkənin ictimai-siyasi sferasında da analyırlar ki, 44 günlük müharibədə bölgədə təklənən Ermənistana bundan sonra da əl uzadan və ya dəstək verən olmayacaq. Dəstək verən olsa belə, bu, yalnız alət və forposta dəstək səviyyəsində olacaq ki, bu da əhalinin sosial problemlərinin həllinə zərrə qədər təsir etməyəcək.