adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7

Faiq QİSMƏTOĞLU: Allah bizdən üz döndərib

FAİQ QİSMƏTOĞLU
38723 | 2021-06-11 12:04

Allahın öz bəndəsindən üz döndərməsi çox ağırdır, hətta o qədər ağırdır ki, o bəndənin günü itin gününə dönür və axırda da elə it kimi uluya-uluya ölür. Ermənistanın baş nazirinin vəzifəsini icra edən Nikol Paşinyan deyib ki, Allah bizdən üz döndərib. Bəs bilmirdiniz ki, Allahın evində donuz saxlayanda, mal-qoyun saxlayanda, məçidi murdarlayanda Allah sizdən üz döndərəcək?! Allah bir adamdan və bir ölkədən üz döndərməmişdən öncə ona hər şey verir və sonra da görür ki, o adam, o ölkə qudurub, verdiklərini bir-bir geri alır. Axırda da ağlını başından çıxarır, salır çöllərə...

Bax, bu gün Ermənistan bu durumdadır. Ağlı başında olan bir-iki adam varsa, ona da ölkədə yer yoxdur. Yəni, ermənisənsə, bir yolun var; hər şeyə qara deməlisən, türkün qanını içməlisən. Dünyada analoqu olmayan bir millətdi bunlar. Çünki heç bir millət hər hansı bir ölkə ilə müharibə etsə də, ömrü boyu onunla düşmən olmur. Bax elə yəhudilər ilə almanları götürək. İkinci dünya müharibəsində alman faşistləri milyonlarla yəhudini vəhşicəsinə qətlə yetirib. Amma uzun illər keçəndən sonra onlar arasında heç də düşmənçilik davam etməyib və bu gün Almaniya ilə İzrail arasında münasibət çox normaldır. Nə almanlar, nə də yəhudilər bir-birinə düşmən kimi baxmır. Heç bir-birinin qanını da içmək istəmirlər.

Yaxud Rusiya ilə Almaniyanı götürək. Böyük Vətən Müharibəsində 20 milyon  Sovet vətəndaşı həlak olub. Onların arasında ruslar daha çox üstünlük təşkil edir. Bax almanlarla ruslar da həmin müharibəni düşmənçilik səviyyəsinə qaldırmırlar və bir-birindən qisas almaq fikrində də deyillər. Bayaq dedim axı, bu, ermənilər ki, var, zatı-kökü bilinməyən bir zaddırlar. Uşaq anadan olandan böyüyənə qədər bir fikri onlara aşılayırlar: Türk sənin düşmənindir, sən onu öldürməlisən! Bizim Fransada yaşayan məşhur bir fotoqrafımız var - Rza bəy! O, əslən Cənubi Azərbaycandandır. Uzun müddət Amerikada işləyib və Fransada yaşayır və bu gün də elə Fransa vətəndaşıdır. O deyir ki, Amerikada məşhur jurnallardan birinin baş redaktoru erməni idi. Və elə bilirdi ki, mən də iranlıyam. Deyirdi ki, mənim babam həmişə məni əzizləyib, qulağıma bu sözləri pıçıldayırdı: «Sən türk başı kəsməsən, kişi deyilsən».

Təbii ki, bütün ermənilər onların siyasətçilərindən tutmuş din xadimlərinə qədər hansı ölkəyə, hansı dövlətə gedirlərsə, türkləri düşmən kimi təqdim edirlər. Ancaq tarix isə başqa həqiqəti göstərir. Məsələn, tarix göstərir ki, türklər hətta düşmənlərinə qarşı heç vaxt ədalətsizlik etməyiblər. Əgər kimisə öldürüblərsə, bu da həmin erməninin törətdiyi qətliama görə olub. Hər şey göz qabağındadır.

Biz həddən çox ürəyiyumşaq, tarixi unudan millətik. Üstəlik də müəyyən illər keçəndən sonra hər şey yadımızdan çıxır və yadımızdan çıxan düşmənin qəddarlığı, başkəsənliyi sonradan bizi yenidən yaxalayır. Bizim qədər humanist olmaq o deməkdir ki, elə özümüz başımızı aparıb ermənilərin cəllad kötüyünün üstünə qoyuruq ki, kəssinlər. Ürəyiyumşaqlıq, insanlara inam, bizim evimizi yıxan ən zəif, ən incə yerimizdir.

Dünya kordur. Bu qədər bizim başımıza ermənilər müsibət gətirir, terror edir, heç kim görmür. Amma bir erməninin burnu qanayan kimi Avropadan tutmuş Amerikaya qədər tumanını başına keçirir və başlayırlar hay-həşir qoparmağa. Çox uzaq yox, yaxın tarixdə ermənilərin bizim millətə qarşı törətdiyi terror göz qabağındadı. Xocalıdan tutmuş, son günlərdə iki jurnalistin və bir vəzifəli şəxsin mina partlaması nəticəsində həlak olmasına qədər. Bütün  bunlar erməni vandalizminin və vəhşiliyinin nümunəsidir. Salatın Əsgərovanı, Osman Mirzəyevi, Alı Mustafayevi, işıqçı Arifi, Çingiz Mustafayevi və ən nəhayət, AzTV-nin operatoru Siracı və AzərTacın müxbiri Məhərrəmi erməni terrorçuları qətlə yetiriblər.

İşğaldan azad olunan kəndlərimizi, qəsəbələrimizi və şəhərlərimizi nə günə qoyublar, dünya görmür. Sanki kor, kar, laldılar. Və kar, kor, lal ölkələr amma ermənilərin barmağı qanayanda o dəqiqə bir hay-həşir qoparırlar ki, dünyanın qulağı batır. Bu qədər də ədalətsizlik olarmı? Bu günlərdə Fransada bir müsəlmanı 10-15 erməni dini zəmində amansızcasına qətlə yetirib. Fransa ermənilərin kef elədiyi bir ölkədi. Onların xətrinə heç kim dəymək istəmir. Fransızı törətdiyi əmələ görə məsuliyyətə cəlb edirlər, erməniyə isə «gözün üstdə qaşın var» - deyən yoxdur. Cəhənnəmə desinlər!

Fransa tarixində oxşarı olmayan bir oğraş gədə var – Makron! Və bu gədəni camaatın içinə daxil olanda əlinə döndüyüm biri qulağının dibindən bir şillə ilişdirdi. Bu şillə bilirsiz nə şillədir? Haqsızlığa, ədalətsizliyə göz yuman adama belə bir şillə dəyməlidi. Yadıma «Bizim Cəbiş müəllim» filmində Makedon ilə bir oğlanın davası düşür. Makedon siçanın üstünə neft səpib od vurur. Siçan isə qaçıb evə girmək istəyir. Bu vaxt Cəbiş müəllim birtəhər yanan siçanı söndürür. Sonra yanındakı uşaqlardan biri Makedona bir şillə vurur. Cəbiş müəllim də deyir ki, əgər bilsən ki, bu şillə  sənə nə üçün dəydi, onda adam olacaqsan. Bilməsən heç...

Makrona vurulan şillə bəlkə də Allahın əli idi. Allahın əli o adamın əlini yuxarı qaldırdı və Makronun sifətinə bir şillə dəydi. İndi Cəbiş müəllimin sözü olmasın, Makron başa düşsə ki, bu şillə ona niyə dəydi, ondan adam olacaq. Qanmasa elə heyvan kimi gəlib heyvan kimi də gedəcək. Elə ömrü boyu da ermənilərin arxasını dəsmallayacaq.

Ermənilərin nazı ilə çox oynayırıq ha! Yadımıza yenə «Axırıncı aşırım» filmində Qəmlonun Kərbəlaya dediyi sözlər düşür. «Kərbəlayı, Abbasqulu ağanın nazı ilə çox oynayırıq ha! Bu Qurana and olsun, onlar bizi tutsa, böyük tikəmizi qulağımız boyda eləyəcəklər». Bizimkilər ermənilərin əlinə düşəndə ya onları şikəst ediblər, ya qulaqlarını kəsiblər, ya da diri-diri yandırıblar. Onlar qan töküb, baş kəsib, biz isə heç bir şey eləməmişik. Bu millət millət deyil ey, Allahın möcüzəsidi. Yəni, onlarla adam dilində yox, insan dilində yox, öz dilində danışmalıyıq. Bir əsgərimizi öldürürsə, iki əsgərini öldürməliyik. Bir dinc sakinimizi qətlə yetirirsə, iki dinc sakinini məhv etməliyik. İki jurnalistimizi öldürürsə, üç jurnalistini aradan götürməliyik. Başqa çıxış yolumuz yoxdur. Onlar həmişə başlarının üstündə dəmir yumruğu hiss eləməlidilər. Və elə həmin dəmir yumruq baş qaldıran erməninin başını iki yerə bölməlidir. Çünki erməni qan görəndə dədəsini də, nənəsini də, balasını da atıb qaçır.

Elə ki, onların ağzını cırıb qoyursan qulağının dibinə, bir daha sənə yaxın durmur. Sərhəddəki münaqişələr və digər hadisələr göstərir ki, bunlarla adam dilində danışmaq mümkün deyil. Bir millət ki, terrorçu ola, başkəsən ola, bundan nə gözləyirsən. Zatı-kökü olmayan millətdən ancaq qaniçənlik, başkəsənlik gözləmək olar. Ona görə də hər zaman, hər an, hər dəqiqə dəmir yumruğumuz onların başının üstündə fırlanmalıdır. Ki bu dəmir yumruq istənilən vaxtı onların başına dəysin!...

TƏQVİM / ARXİV